08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Daha iki məmurumuzun xaricdə böyük biznesi üzə çıxıb
Tarix: 18-01-2019 22:58 | Bölmə: Slayd

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevdən, sabiq nazir Hüseynqulu Bağırovdan, deputat Adil Əliyevdən sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadənin Avropa ölkələrində nəhəng biznes şəbəkələri üzə çıxıb.
Reyting.az-ın məlumatına görə, bu barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb.
Araşdırmaya görə, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.
Jurnalistin araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər.
Məlumata görə, onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib.
2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Ölkə KİV-ləri məlum araşdırmaya əsaslanıb bildirirlər ki, devalivasiya ilinin maliyyə hesabatlarına görə, bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787, sonrakı illərdə isə hər il 1 milyon funt sterlinqdən bir qədər çox artaraq 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.
Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil də alıblar. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən, yaxud 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən Seda Zirek Design şirkətindən alıblar.
Jurnalistin araşdırmasına görə, “Gyunel Limited”dən başqa Cümə Əhmədzadənin “Globally LTD” şirkəti də olub:
“Bu şirkət 2012-ci ilin dekabrın 8-də 07875402 saylı lisenziya alaraq qeydiyyatdan keçib. Şirkət Əhmədzadəyə aid olan 32 Woodstock Grove London ünvanında fəaliyyət göstərib və brend malların satışı ilə məşğul olub, 2014-cü ilin 25 martında qapadılıb.
“ALPS s.r.o.” şirkəti 2007-ci ilin avqustunda Budějovice regional ədliyyə idarəsində qeydiyyatdan keçib. İlk olaraq şirkət Ěeské Budějovice, Pražská 2067/41 ünvanı ilə qeydiyyata alınıb.
11 may 2010-cu ildə şirkət yeni ünvana köçür: Ěeské Budovjovice, Otakarova. 1 oktyabr 2012-ci ildən Cümə Əhmədzadə və Günel Rüstəmovaya məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətini davam etdirib (Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 28068939. Nizamnamə kapitalı 200 min çex kronudur. Vergi nömrəsi: CZ 280 68 939. Bank hesabı: ČSOB, Budějovice hesap nömrəsi: 264208999/0300).
Şirkət əvvəl iş və xidmətlər üzrə vasitəçiliklə məşğul olsa da, 2010-cu ildən ticarət və xidmət sahəsində fəaliyyətini genişləndirib. Şirkətin işlərinin icrası Çexiya vətəndaşı Yuri Miroshnichenkoya həvalə edilir. Şirkətin təsisçiləri Elman Rüstəmovun qızı və kürəkənidir.
Şirkətin idarə olunması 14 iyun 1972-ci il təvəllüdlü Elçin Kazımova həvalə edilir. O, Əhmədzadənin razılığı ilə şirkəti təmsil edir, qərarlar verir.
Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər. 2014-cü ilin may ayının 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır.
Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir.
"Hospodarske Novny" saytının 26 mart 2018-ci il tarixli mlumatına görə, C. Əhmədzadənin aldığı bina ötən yüz ilin 80-ci illərində inşa edilib və Çexiya Müdafiə Nazirliyinin balansında olub, 2009-cu ildən yararsız obyekt kimi istifadəsiz qalıb.
C. Əhmədzadəni oxucularına tanıtdıran saytın məlumatına görə, o, Azərbaycanda, İngiltərədə və digər ölkələrdə otellər şəbəkəsinin sahibidir.
C. Əhmədzadə Cənubi Bohemiya bölgəsində, Lipno su hövzəsi sahilində aldığı binanı artıq tamamilə sökdürüb və tezliklə burada böyük otel kompleksinin tikintisinə başlanacaq. Burada 4255 kvadrat metrlik ərazidə 140 yataqlı otel inşa ediləcək.
Qeyd olunur ki, Lipnoda otel açmaq ideyası Əhmədzadənin dostu Elçin Kazımovdan gəlib.
Jurnalist Cavanşir Həsənli yazır ki, Əhmədzadənin İngiltərədəki oteli barədə dəqiq məlumat əldə bilməsə də, o, mütəmadi olaraq Londondakı bahalı “Hotel ME”də tez-tez görünür, burada Britaniyanın zənginləri üçün ziyafətlər təşkil edir: “Ehtimal ki, bu otel də Əhmədzadəyə aiddir, yaxud sahibi onun ortaqlarındandır. “Hotel ME”-də bir nəfərlik gecələmə isə 300 funt sterlinqdən başlayır.
Araşdırmaya görə, ALPS s.r.o. Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyünün Çexiyadakı yeganə şirkəti deyil.
Lipnodakı otellə bağlı planı həyata keçirmək məqsədilə 2017-ci ilin aprelin 17-də cütlük bu ölkədə “Lipno Investment s.r.o” şirkətini qeydiyyatdan keçirirlər. Təsisçilər “ALPS s.r.o” şirkəti və Əhməd Əhmədzadənin oğlunun dostu Elçin Kazımov olur. Yeni şirkət Budějovice regional ədliyyə idarəsində 06202098 saylı qeydiyyat şəhadətnaməsi alır və cütlüyə məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətə başlayır.
Yeni şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edir.
E. Kazımovun kim olduğuna gəlincə, o, təxminən 10 ildir ki, Çexiyada yaşayır, vaxtilə Milli Bankda, Elman Rüstəmovun yanında çalışıb, hazırda Milli Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir. Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.
E. Rüstəmovun kürəkəninin E. Kazımovun Çexiyada qeydiyyatdan keçirdiyi “Budweis trading s.r.o.”-nun şəriki də R. İmamverdiyev olub. Şirkət 2009-cu ilin oktyabrın 1-də qeydiyyatdan keçib və Ə. Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.
Araşdırmaya görə, Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub:
“Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir. İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudov soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri “Leco s.r.o” (Leco – Leyla corporation) şirkətjni idarə edib. Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy Miroşniçenkonun həyat yoldaşı Viktoriya Miroşniçenko olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.
Ən çarpıcı faktlardan biri isə Rüfət İmamverdiyevdən sonra Elman Rüstəmovun kürəkəninin beynəlxalq tədbirlərdə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunmasıdır. Məsələn, 2016-cı ilin 11-12 may tarixlərində Londonda EBRD-nin illik toplantısı və biznes forumunda C. Əhmədzadə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunub.
Araşdırmaya görə, Elçin Kazımovun iştirakı ilə qurulan daha bir şirkət – “Mehr Resources Ltd s.r.o” 2008-ci ildə 400 min kron nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib (lisenziya nömrəsi 28078586). Şirkətdəki ortaqlar isə Bakıda məskunlaşmış İran vətəndaşları olublar:
- ALINAGHI ASGHARI (1971-ci il doğumlu, yaşayış ünvanı Bakı şəhəri, Haqverdiyev küçəsi 23/33).
- AHBOOBEH GORJI (1971 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri, Haqverdiyev 23/33).
Elçin Kazımovun adına rəsmiləşdirilən şirkətlərdən daha biri – “East Trade Company s.r.o” ötən il mayın 3-də Çexiyada qeydiyyatdan keçib (Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 07095945. Nizamnamə kapitalı: 150 min kron. Ünvan: Klokotská 744/29, 390 01 Tábor).
Sənədlərə əsasən, yeni şirkətin ortaqlarından biri də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin xanımı Ülkər Şəfiyevadır: “Sənədlərə görə, səfirin 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Həsən Əliyev 98A/36 ünvanında qeydiyyatda olan xanımı şirkətdə 30 faizlik paya malikdir”.
Bu və ya digər məsələlərlə bağlı Elman Rüstəmovla Əhməd Əhmədzadənin münasibətini öyrənmək cəhdlərimiz alınmayıb. Növbəti saylarımızda onların da mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var