16:04 / 16-11-2024
Millimiz İrlandiyaya uduzub
Kiyev Moskava ilə danışıqların şərtlərini açıqlayıb
Tarix: 16-11-2024 13:49 | Bölmə: Slayd
Kiyev Moskava ilə danışıqların şərtlərini açıqlayıb

“Rusiya Federasiyası ilə danışıqlar bir şərtlə mümkündür ki, Ukrayna güclü olsun. Əgər biz Putinlə danışsaq və indi olduğumuz şəraitdə güclənməsək, bu, Ukrayna üçün statusu itirməkdir”.

Reyting.az
xəbər verir ki, bunu prezident Vladimir Zelenski Ukrayna radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva ilə təkbətək danışıqlar aparmayacaqlar.

Zelenski bildrib ki, Rusiya prezidenti Putin indi Ukrayna üçün təslim olmaq şərtləri ilə danışıqlar aparmaq istəsə də, bu, baş verməyəcək.

Ukrayna prezidenti əlavə edib ki, yenidən ABŞ prezidenti seçilən Donald Trampın mövqeyi çox önəmlidir: “Amerikanın Ukraynaya münasibəti çox vacibdir. Onlar bu gün Ukraynanın tərəfindədirlər. Amerika Ukraynanı dəstəkləmək mövqeyini saxlamalı, Rusiya işğalçı statusunda qalmalıdır”.

Eyni zamanda, Zelenski vurğulayıb ki, ABŞ Kiyevi danışıqlara məcbur edə bilməyəcək, çünki Ukrayna sübut edib ki, “otur və dinlə” ritorikası işləmir.

Trampın müşavirlərinin müharibənin dondurulmasının zəruriliyi ilə bağlı bəyanatlarına da münasibətini açıqlayan Zelenski deyib: “Mən yalnız ABŞ prezidenti (Tramp) ilə söhbətə ciddi yanaşacam. İstənilən mühitə hörmətlə yanaşıram. Bu, bizim səviyyəmizdir, prezidentlərin səviyyəsidir. Hər şey qanuna uyğun olmalıdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
10-11-2024, 22:12 Hərbçimiz minaya düşüb