07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
06:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Daha bir ölkə qanlı qarşıdurma meydanına çevrilir - Ekspertlər
Tarix: 26-01-2019 19:25 | Bölmə: Slayd
Venesueladakı proseslər Ukrayna və yaxud Suriya planı üzrə inkişaf edə bilər; Karakasda baş verənlər dünya neft bazarına necə təsir göstərəcək?
Neft ehtiyatı və hasilatına görə dünyada ilk yerlərdən birini tutan Venesuelada baş verən siyasi qarşıdurma beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Reyting.az-ın məlumatına görə, Venesuelada təkrar prezident seçilən Nikolas Maduronun legitimliyini qəbul etməyən ölkə parlamentinin rəhbəri, daha dəqiqi, Venesuela Milli Assambleyasının sədri və müxalifət lideri Xuan Quaydo özünü prezident səlahiyyətlərinin icrası elan edib. Maraqlıdır ki, onun bu elanından dərhal sonra ABŞ prezidenti Donald Tramp Xuan Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Yəni növbəti seçkiyə qədər Amerika seçilən prezidenti deyil, müxalif liderini ölkənin qanuni prezidenti kimi qəbul edir.
ABŞ-ın bu qərarı dünyanı iki yerə parçalayıb. Avropanın öncül ölkələri – Böyük Britaniya və Fransa da ABŞ-dan sonra müxalif lideri prezident kimi qəbul etdiklərini açıqlayıblar. Lakin Rusiya və Türkiyə kimi bir çox ölkələr Maduronun prezidentliyini dəstəkləyirlər.
ABŞ və onun dəstəkçiləri seçilən prezident Maduronu seçkini saxtalaşdırmaqda, hakimiyyəti qanunsuz zəbt etməkdə ittiham edirlər. Lakin Maduro və tərəfdarları bunun belə olmadığını deyir və hazırkı rəsmi iqtidarın ABŞ-ın maraqlarına müsbət cavab vermədiklərindən belə bir vəziyyətin yarandığını bildirirlər.
Xatırladaq ki, bir neçə ildir ABŞ Maduro iqtidarı ilə savaş vəziyyətindədir. Hətta Venesuelaya bir çox sanksiyalar tətbiq olunub. Nəticədə dünya neft istehsalında ilk yeri tutan Venesuelada neft hasilatı 2-3 dəfə aşağı düşüb. Bu isə ölkədə ciddi iqtisadi böhrana səbəb olub, milli valyuta demək olar ki, kağız parçasına çevrilib. Yoxsullaşan ölkə vətəndaşları isə, əlbəttə, bundan narazıdır. Lakin buna baxmayaraq, Maduro tərəfdarları ölkədə səsvermənin nəticələrini həll edəcək qədər çoxdur. ABŞ isə “qulağının dibində” yerləşən bir ölkədə onun maraqlarına təhülkə yaradan iqtidarın varlığı ilə barışmaq istəmir. Bu səbəbdən də müxalif lideri dəstəkləməklə, ölkənin faktiki iki yerə bölünməsinə şərait yaradıb.
İndi ekspertləri düşündürən əsas məsələ budur ki, Venesuelada Ukrayna, yoxsa Suriyaya bənzər vəziyyətin yaranıb, yaranmayacağıdır. Eyni zamanda dünyanın ən iri neft ehtiyatına sahib olan ölkədə baş verənlərin neftin qiymətlərinə necə təsir edəcəyi də maraq doğurur.
Bu suallara keçəməzdən əvvəl qeyd edək ki, Venesuelada Suriyadan fərqli olaraq, kifayət qədər demokratik mühit var. Belə ki, parlament müxalifətin nəzarətindədirsə, sədr də müxalifətçidirsə, onda avtoritarizmdən əminliklə danışmaq müəyyən mübahisələrə yol aça bilər.
Bu barədə açıqlama verən politoloq Şahin Cəfərli də deyir ki, Venesuela yaxın illərə qədər demokratik ölkə idi, ən azı seçkilər normal keçirilirdi: “Ümumiyyətlə, bütün Latın Amerikasında parlamentarizm ilk dəfə 1811-ci ildə məhz Venesuelada təşəkkül tapıb. Qaldı Nikolas Maduroya, o, özünün ilk seçkisində, 2013-cü ildə 50,7 faiz səslə qalib gəlib. İndiki parlament - Milli Assambleya 2015-ci ilin dekabr seçkilərində formalaşıb və müxalifət bloku ("Demokratik birliyin dəyirmi masası") 164 yerdən 109-nu əldə edib. Maduro parlamentin qəbul etdiyi qanunları yerinə yetirməkdən imtina edib, hansı ki, bu, açıq Konstitusiya pozuntusu idi. Nəticədə ölkədə siyasi böhran və ikitirəlik başlayıb”.
Politoloqun sözlərinə görə, neftin qiyməti aşağı düşdükdən sonra ölkə ağır iqtisadi böhran girdabına yuvarlanıb və xalq arasında dəstəyini itirən Maduro avtoritar rejim qurmağa başlayıb: “Parlament 2016-cı ilin oktyabrına Maduroya etimad referendumu təyin edib, lakin hökumətə bağlı olan seçki qurumu referendumu təşkil etməyib. 2017-ci ilin yanvarında parlament Maduronu impiçment edib, prezidentə yaxın Ali Məhkəmə isə bu qərarı qanunsuz sayıb”.
Maduro 2017-ci ilin mayında Konstitusiya Assambleyası (KA) adlı yeni orqan təsis edib və iyunda bu quruma seçki keçirib. Milli Assambleya (MA) bu orqanı anti-konstitusion sayıb və müxalifət partiyaları seçkiləri boykot ediblər. Nəticədə KA-ya yalnız Maduronu dəstəkləyən partiyaların nümayəndələri seçilib, daha doğrusu, təyin olunub. Qərb dövlətləri və əksər Latın Amerikası ölkələri KA-nı tanımayıb. KA 2017-ci ilin avqustunda MA-nı buraxıb və parlamentin funksiyalarını öz üzərinə götürüb. Təbii ki, MA bu qərarı rədd edib və indiyə kimi fəaliyyətini davam etdirir.
Ş. Cəfərli bildirib ki, Maduro 2018-ci ilin mayında prezident seçkisi keçirib. Əsas müxalif qüvvələr seçkini boykot edib və Maduro 67,8 faiz səslə qalib elan olunub. MA və onu dəstəkləyən dünya ölkələri seçkini tanımayıblar. Nüfuzunun pik vaxtında və ölkədə vəziyyətin nisbətən yaxşı olduğu dövrdə 50 faizdən bir qədər artıq səs alan Maduronun ölkə aclıq və səfalətə sürükləndikdən sonra böyük xalq dəstəyi ilə seçilməsi yəqin ki, heç kimə inandırıcı görünmür.
Maduro bu il yanvarın 10-da and içərək ikinci prezidentlik müddətinə başladığını elan edib. MA isə onun səlahiyyət müddətini bitmiş sayıb və səlahiyyətlərin öz sədrinə keçdiyini elan edərək yeni seçkilərin keçirilməsini zəruri sayıb.
Bəli, Venesuelada baş verənlərin xronoloji ardıcıllığından və son bir neçə gün ərzində yaşananlardan belə görünür ki, adıçəkilən ölkə ciddi parçalanma, yaxud vətəndaş qarşıdurmasından belə tezliklə xilas ola bilməyəcək. Bu yerdə xatırladaq ki, son bir neçə gündə baş verən toqquşmalarda 10-dan çox ölən, yüzlərlə yaralanan var.
Lakin buna baxmayaraq, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil.
Xüsusən Maduroya Rusiya prezidenti V. Putinin zəngindən sonra o, daha əmin addımlar atmağa başlayıb.
Xatırladaq ki, Putiun N. Maduro ilə telefon söhbətində Venesuelanın qanuni hakimiyyətinə dəstək ifadə edib.
Putin bildirib ki, Venesuelaya xarici destruktiv müdaxilələr beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Bundan əvvəl isə Türkiyə prezidenti Ərdoğan Maduro ilə danışıb. Bundan sonra isə o, mətbuata açıqlama verib.
Ərdoğan seçkinin nəticələrinə sayğı duyulmasının vacibliyini qeyd edib:
"Trampın açıqlamaları məni şoka saldı. Maduroya "dik dur, maneələri aşacaqsan",- dedim. 15 iyunda qiyam cəhdi Türkiyədə yaşandı. Bu zaman Maduro gecikmədən bizi aradı və az sonra ölkəmizə gəldi. Biz o vaxta qədər Maduro ilə tanış deyildik. Qiyam ərəfəsində onunla tanış olduq. Bəzi sektorda müştərək addımlar atdıq. Mən demokratiyanı bu günə qədər belə bilmişəm. Seçkidə qalib gələnə sayğı duyacaqsan. Sayğı duymursansa, bunun adı demokratiya deyil. Totalitar bir zehniyyət və anlayışdır. Maduronun qələbəsini həzm etməyənlər var.
Doğrusu, cənab Trampın bu cür açıqlaması demokratiyaya inanan bir insan kimi məni şoka saldı. Mən də Rusiyadan dönərkən Maduroya zəng etdim".
Ərdoğana görə, demokratlar demokratiyanın yanında olmalıdır: "Bizdə qiyam olanda Avropadan yalnız İngiltərə əlaqə saxladı. Kimin demokrat olub-olmadığını gördük".
Xatırladaq ki, Çin də rəsmi səviyyədə Maduronu tanıdığını və dəstəklədiyini bəyan edib.
Putin və Ərdoğanın “arxanızdayıq”,- sözlərindən az sonra Venesuelanın müdafiə naziri Vladimir Padrinyo Lopes mətbuat konfransı keçirib "Venesuelada dövlət çevrilişi baş verir",- bəyanatını səsləndirdi:
“Qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edirəm”.
Müdafiə nazirindən sonra isə Maduro yaşadığı evin balkonuna çıxaraq tərəfdarları qarşısında çıxış edib. O, bir neçə gün əvvəl ölkəsinin Ali Məkəməsində etdiyi çıxışı təkrarlayıb. Deyib ki, vəzifəsini tərk etmək niyyətində deyil: “Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməyəcəyəm”.
Bu arada Venesuela müxalifətinin lideri, parlamentin spikeri Xuan Quaido Nikolas Maduronu əfv edə biləcəyini açıqlayıb.
O, indiki prezidentin həbs, yaxud ölümünə imkan verməyəcəyinə işarə edərək, Maduro və ətrafının amnistiyaya düşməsi üçün təcili Konstitusiyanın icrasına və nizamın bərpasına başlamalı olduğunu bildirib.
Yeri gəlmişkən, BMT-nin Baş katibi A. Quterreş Venesuelada siyasi qvvələri dialoqa çağırıb: “Bu, ölkə əhalisi və region üçün faciəyə çevriləcək münaqişənin qarşısının alınması üçün vacibdir”.
Ekspertlər isə qarşıdurmanın daha da böyüyəcəyi təqdirdə Venesuelada Suriya və ən yaxşı halda Ukraynadakı durumun yaşanacağını deyirlər. Yəni ölkənin bir hissəsi Madironun, digər hissəsi isə müxalif liderin nəzarətində olmaqla tərəflər açıq savaşa girə bilərlər. Bu isə ölkənin gələcəyi ilə yanaşı, dünya neft bazarındakı vəziyyəti kökündən dəyişər.
Son məlumatlara görə, hələlik orada baş verənlər neft bazarına ciddi təsir etməyib. ƏIksinə, qiymətlər 1-2 dollar enib.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli Venesuelada baş verənlərin neft bazarına təsir etməyəcəyini deyir.
Onun sözlərinə görə, ABŞ-ın qlobal siyasətinin bir qanadı da neft qiymətlərinin aşağı düşməsi üçün müəyyən addımların atılmasıdır. Venesuelada gedən proseslər ABŞ-ın bu ana xəttinə uyğundur.
O bildirib ki, Venesuela dünyada ən çox neft ehtiyatı olan 3 ölkədən biridir:
"Qərb şirkətlərinin Venesuelada çalışdığı dövrdə gündəlik neft hasilatı bu ölkədə təqribən 4 milyon barrel idi. Bu gün neft hasilatı kəskin aşağı düşüb. Yəni gündəlik hasilat 1,2-1,3 milyon barrel təşkil edir. Başqa ölkələrə nisbətən Venesuelanın qlobal bazarlara o qədər də böyük təsiri yoxdur. Ona görə də Venesuelada baş verən çaxnaşmalar neft qiymətlərinə təsir etmədi. Əslində neft qiymətlərində bahalaşma gözlənilirdi, amma baş vermədi. Əks prosesi görürük. Neft qiymətləri son 2 gündə 2 dollara yaxın ucuzlaşıb”.
N. Cəfərli qeyd edib ki, bazarlar və birja iştirakçıları orta və uzaq perspektivləri görür:
"Venesuelada gedən proseslərin nəticəsində ABŞ-ın dəstəklədiyi və demokratik hesab olunan güclər qalib gəlsə, Venesuelaya qarşı sanksiyalar aradan qaldırılacaq. Bunun da ilkin işartıları var. Artıq hətta ordu belə Maduronun əleyhinə bəyanat səsləndirdi. Hamı ordunun mövqeyini gözləyirdi.
Düşünürəm ki, Uqo Çavesin və Maduronun ölkədən qovduğu Qərb şirkətləri geri dönməyə başlayacaq. İnfrastruktur zatən Venesuelada var, sadəcə, texnologiyalar çatışmırdı və sanksiyalar mane olurdu. Qısa zaman ərzində Venesuelada hasilatın kəskin artması müşahidə ediləcək. Yəni gündəlik hasilatın 3,5-4 milyon barrelə qalxmasını ən azı 1 il ərzində görə bilərik. Bu da neft qiymətlərinə təbii ki, mənfi təsir göstərəcək. Çünki bazara daha çox neftin daxil olması qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, Venesuela uzun illər, Çavesə qədər ABŞ-a ən çox neft satan ölkələrdən biri idi:
"Bu çox maraqlı detaldır. ABŞ-ın bir çox neftayırma zavodları məhz Venesuelanın neftinə uyğun texnologiyalarla təchiz olunub. Venesuela nefti fərqli neftdir. Ağır və içində qurğuşunun daha çox olduğu neft sayılır. ABŞ-da olan neftayırma zavodları bir müddət bu sanksiyalardan və ABŞ şirkətlərinin Venesueladan qovulmasından sonra boş qalmışdı. Əgər Venesueladakı proses demokratik güclərin və ABŞ yanlı hökumətin formalaşması ilə bitsə, ABŞ neftayırma zavodları Venesueladan yenidən neft almağa başlayacaq. Yəni artıq bir çox dünya ölkələri Maduronu prezident kimi tanımır. Yaxın zamanlarda Maduro hakimiyyətinin legitimliyi sual altına düşə və o, siyasi səhnədən gedə bilər. Bunun nəticəsi olaraq da, ABŞ şirkətlərinin geri dönməsi neft bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə çevriləcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Venesuelada baş verən hadisələri 2019-cu ildə neft qiymətlərinin aşağı düşməsinin ilk siyasi fəsadı kimi qiymətləndirib:
"Venesuelada ikihakimiyyətlilik var - müxalifət lideri özünü dövlət başçısı elan edib, 4 ştat onun tərəfinə keçib. ABŞ da öz dəstəyini verib. Putin isə Maduroya "möhkəm ol”,- mesajı göndərib. Bu lap 2011-ci ildə Suriyada baş verən prosesləri xatırladır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Bu gün, 06:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var