Aleksandr Duqin Türkiyə və Ərdoğanı təhdid edir
Tarix: 10-12-2024 10:02 | Bölmə: Slayd
Aleksandr Duqin Türkiyə və Ərdoğanı təhdid edir

Rusiyanın məşhur politoloqu Aleksandr Duqin Türkiyənin sərhəd qonşusu Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı təsvirolunmaz paylaşım edib. Duqin Suriyada baş verən son hadisələrlə bağlı prezident Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdən də çəkinməyib.

Reyting.az
-ın məlumatına görə, Duqin iddia edir ki, Suriya Ərdoğan üçün “tələdir” və Türkiyə lideri strateji səhvə yol verib.

O, Ərdoğanın Rusiya və İrana xəyanət etdiyini və məhv edildiyini yazıb. “İndi Mustafa Kamalın Türkiyəsinin sonu başladı. Biz indiyə qədər sizə dəstək olduq. Bundan sonra tövbə edəcəksiniz”,- deyə rusiyalı politoloq təhdid etməkdən çəkinməyib.

Duqin ikinci paylaşımında yazıb: “Əvvəllər etmədiyimizi edəcəyik, peşman olacaqsınız. Amma çox gec olacaq”.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) funksioneri Eyüp Gökhan Özekin Duqinin qalmaqallı paylaşımına reaksiya verib:

“Türkiyə böyük loxmadır, boğazında qalar”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər