23:21 / 02-12-2025
Azərbaycan YUNESKO-nun komitəsinə üzv seçilib
18:48 / 02-12-2025
Zelenski Putin-Uitkoff görüşündən siqnallar gözləyir
18:15 / 02-12-2025
Avropa İttifaqı Litvaya görə Çinlə mübahisə etməyəcək
18:05 / 02-12-2025
Borrelin adı dələduzluqda hallanır
17:58 / 02-12-2025
Cəlilabaddakı yanğın söndürülüb - Yenilənib
17:37 / 02-12-2025
Ruben Vardanyanın məhkəməsi: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
17:30 / 02-12-2025
Təhsil müəssisələrinin akkreditasiya qaydası dəyişib
17:23 / 02-12-2025
2026-cı ilin bayram günləri müəyyən edilib
17:02 / 02-12-2025
"Turan Tovuz" 1/4 finala yüksəlib
16:58 / 02-12-2025
"ChatGPT" daha təkmil olacaq
16:55 / 02-12-2025
Vergi Məcəlləsi və 16 qanuna dəyişiklik olunub
16:47 / 02-12-2025
İlon Mask motosiklet istehsalından çəkinir - Foto
16:01 / 02-12-2025
DSMF-nin 2026-cı il büdcəsi təsdiqlənib
15:58 / 02-12-2025
İşsizlikdən sığorta fondunun büdcəsi qəbul olunub
15:44 / 02-12-2025
"Porsche" avtomobilləri peyk vasitəsilə bloklanır
15:35 / 02-12-2025
Qarabağda daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunub
15:32 / 02-12-2025
2026-cı ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda qəbul edilib
15:18 / 02-12-2025
Professor: Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar
15:17 / 02-12-2025
Dövlət Agentliyi sahibkarlara müraciət edib
14:46 / 02-12-2025
Ceyhun Bayramov Estoniya XİN başçısı ilə telefonda müzakirə aparıb
14:42 / 02-12-2025
Sabah güclü külək əsəcək - Proqnoz
14:39 / 02-12-2025
Ukrayna ilə bağlı yeni hesabat təqdim olunub
14:17 / 02-12-2025
"Bakı Metropoliteni"ndə işçilər ixtisar olunur
14:03 / 02-12-2025
İsrailin hərəkəti böyük planı poza bilər
13:58 / 02-12-2025
Aparıcıdan şikayət icraata götürülməyib
13:42 / 02-12-2025
Dünyada daha bir ölümcül virus yayılır
13:23 / 02-12-2025
Deputat: "Şamaxının 30-a yaxın kəndində su problemi var"
13:16 / 02-12-2025
Evli bir kişi ilə yaxalanan qadın çoxlarını heyrətə salıb
14:47 / 29-11-2025
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
14:05 / 28-11-2025
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
13:09 / 28-11-2025
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
14:10 / 28-11-2025
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
00:03 / 30-11-2025
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
19:16 / 28-11-2025
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
12:28 / 28-11-2025
Ermənistan KTMT ilə vidalaşır?
09:56 / 29-11-2025
Əməkdar artist yeni vəzifəyə təyin olunub
10:06 / 28-11-2025
Çin-Vyetnam sərhədini robotlar qoruyacaq
08:44 / 28-11-2025
Pxenyan Vaşinqtona xəbərdarlıq edib
13:57 / 28-11-2025
179 mənzil güzəştli qiymətlərlə satışa çıxarılacaq
14:53 / 30-11-2025
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
Yarım milyard manatı mənimsəyən sabiq nazir və şöbə rəisinə şərti cəza verilib
Tarix: 06-01-2025 13:24 | Bölmə: Slayd

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev və muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Reyting.az TNS-ə istinadla hadisənin təfərrüatını təqdim edir.
İttihama görə, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə) maddəsi ilə ittiham olunub. M. Əsgərov vəzifədə işlədiyi dövrdə ümumilikdə 273.000.000 (iki yüz yetmiş üç milyon) manat, R. Əliyev isə 144 milyon 218 min 722 manat məbləğində vəsaiti mənimsəmə yolu ilə talamaqda ittiham edilib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs Mənsur Əsgərov bildirib ki, o, vəzifədə işlədiyi dövrdə heç bir məbləğ mənimsəməyib, sadəcə vəzifədə olduğu dövrlərdə yuxarı rəhbərlik tərəfindən ona “paket” verilib. Bildirib ki, işlədiyi dövrlərdə aşağı vəzifədə olarkən ayda 400-500, şöbə rəisi işlədiyi dövrdə isə aylıq 3 min manat “paket” alıb: “Yığdığım məbləğin hamısını rəhbərliyə hesabatla təqdim etmişəm. İstintaq zamanı iddia edilən 132 milyon manatın 1 manatını da mənimsəməyim mümkün deyil. Mənim təqdim etdiyim hesabatları Dövlət Gömrük Komitəsinin sədri sistemdə izləyirdi. Mən hesabatı təhvil verəndən sonra komitə sədri həmin hesabatı sistemdə yoxlayıb qəbul edirdi. Belə bir vəziyyətdə bir manat da mənimsəmək mümükün deyildi. Pulların kimə təqdim edildiyini, kim tərəfindən mənimsənildiyini bilmirəm, çünki həmin proseslərdə iştirak etməmişəm. Günahım odur ki, qanunsuz rüsumların yığılmasında iştirak etmişəm və buna görə də peşimanam. Həmin iştiraka görə də “paket” almışam”.
Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs, sabiq maliyyə naziri Rəfael Əliyev isə bildirib ki, 2009-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif yüksək vəzifələrdə işləyib: “Gömrük idarələrində qeyri-rəsmi sahə yük və sərnişin istiqaməti olmaqla iki hissədən ibarət idi. 2009-2010-cu illərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Statistika şöbəsi tərəfindən hazırlanmış və qismən fəaliyyət göstərməyə başlayan qeyri-rəsmi “TİR” və “GRP” proqramları yaradıldı. Proqramist kimi işə qəbul edilən Emin Eylazov 2009-2010-cu illərdə bu rəsmi olmayan proqramların üzərində işləyərək yerlərdə tədris olunmasına çalışıb, 2011-2012- ci illər ərzində rüsumlar tədricən həmin proqramlarda qeydiyyata alınıb, 2016-cı ildə proqramlar tam təkmilləşdirildikdən sonra rüsumların bu proqramlara işlənməsinə Mobil və Qaçaqmalçılıq şöbələri nəzarət edib. “TİR” və “GRP” proqramları tam rəsmi formatda qurulub. Yük və Sərnişin şöbələrinin inspektorları rəsmi “VAİS” proqramına da daxil olan şəxsi kartları vasitəsilə qeyri-rəsmi yaradılmış “TİR” və “GRP” proqramlarına daxil olub məlumatı işləyiblər. Proqramda rüsumu alan gömrük inspektorunun adı, soyadı, vəzifəsi, hansı saatda, hansı tarixdə aldığı və malın adı qeyd olunurdu, sistemdən çıxan qəbzlər inspektor tərəfindən möhürlənirdi, idxalçı yaxud ixracçı həmin qəbz əsasında ödənişini edirdi. Həmin proqramlara sərhəd gömrük idarələrində inspektorlar və şöbə rəislərinin giriş icazəsi var idi, komitədə proqrama giriş, yaxud müdaxilə mümkün deyildi, yalnız toplanan vəsaitin miqdarına baxmaq mümkün idi. Sərnişin və Yük şöbələrindən inspektorlar tərəfindən toplanan ödənişlər günün sonunda aidiyyatı üzrə Yük şöbəsinin rəisinə və ya Sərnişin şöbəsinin rəisinə təhvil verilirdi. Ümumilikdə postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil verirdi.
Komitə sədrinin göstərişi ilə toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsi, eləcə də dəfələrlə aparılan üzləşmələr vəsaitdən 1 manatın belə mənilsənilməsini mümkünsüz edir, alınan bütün rüsumlar komitə sədrinə təhvil verilirdi.
Rəfail Əliyev bildirib ki, 19 avqust 2020-ci ildə maliyyə naziri təyin olunub, ondan əvvəlki dövrdə “Melorasiya və Su Təsərrüfatı” ASC-də ehtiyat hissələrinə şişirdilmiş qiymətlər qeyd olunduğunu görüb Seymur Talıbova (Seymur Talıbov Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun kiçik oğludur - red) məlumat verib: "Bu zaman razılıq alınaraq şişirdilmiş qiymətlərin qeyd olunduğunu öyrəndim. Maliyyə naziri işlədiyim dövrdə aldığım göstərişə əsasən ehtiyat hissələrinin yalnız müəyyən olunmuş fiziki şəxslər tərəfindən satılacağı, həmin fiziki şəxslərin hər ayın sonunda satılan mallara görə köçürülmüş vəsaitin 10 faizini nağd formada təqdim edəcəkləri barədə göstəriş verdim. 10 faizlərin yığılması məndən əvvəlki dövrlərdən mövcud idi. Fiziki şəxslərin heç birini xidməti otağımda qəbul etməmişəm, onlar 10 faizləri Naxçıvan MR Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdirinə təhvil verirdi, lakin ödənilən hər bir manatdan məlumatım var idi. 10 faizlərin alınmasına görə ortalama 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində pul yığılmışdı. Həmin məbləği hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm.
Maliyyə naziri kimi fəaliyyət göstərdiyim dövrdə 2300 manat maaş, 15000 manat paket almışam, paket ay sonunda Seymur Talıbovun sürücüsü vasitəsilə mənə verilirdi. Fəaliyyətim dövründə mənilsənilən ortalama məbləğ 141.000.000 manat müəyyən edilib. Lakin bu vəsaitin 1 manatı belə mənə çatmayıb, ümumiyyətlə qurulan sistemə və edilən nəzarətə görə mənim tərəfimdən mənilsənilmə faktı mümkün olmayıb”.
Prosesdə şahid və zərərçəkmiş ifadələrindən sonra məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə R. Əliyev və M. Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hökmə görə, hər iki şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:21
Azərbaycan YUNESKO-nun komitəsinə üzv seçilib
Bu gün, 17:23
2026-cı ilin bayram günləri müəyyən edilib
Bu gün, 15:18
Professor: Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar
Bu gün, 14:39
Ukrayna ilə bağlı yeni hesabat təqdim olunub
Bu gün, 13:42
Dünyada daha bir ölümcül virus yayılır
Bu gün, 11:33
Papa Türkiyəyə niyə gəlmişdi?
Dünən, 15:12
Əli Kərimli və AXCP fəalı həbs olunub - (Yenilənib)
Dünən, 13:49
Minsk qrupunun ləğvi başa çatıb
Dünən, 13:16
Əsas silah istehsalçıları rekord gəlir əldə edib
Dünən, 13:02
Rəsmi Bakı Moskvaya mesaj yollayıb - Yenilənib
Dünən, 10:06
Mədəniyyət Nazirliyində yoxlama aparılır
Dünən, 00:01
Laçının işğaldan azad edilməsindən 5 il ötür
30-11-2025, 14:53
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
30-11-2025, 08:42
Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb
30-11-2025, 00:03
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
29-11-2025, 14:47
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
29-11-2025, 12:26
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər - Fotolar
29-11-2025, 11:20
Xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır
28-11-2025, 13:57
179 mənzil güzəştli qiymətlərlə satışa çıxarılacaq
28-11-2025, 13:09
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
28-11-2025, 12:28
Ermənistan KTMT ilə vidalaşır?
28-11-2025, 11:38
Məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş məbləğləri dəyişir
28-11-2025, 09:57
Rusiya kosmosa insan göndərmək imkanını itirə bilər
28-11-2025, 08:56
Rusiya səfiri: Aİ və NATO Rusiya ilə böyük müharibəyə hazırlaşır
27-11-2025, 14:21
Qlobal nüvə münaqişəsi riski yenidən artır
27-11-2025, 13:34
İngiltərədə 2000-dən çox uşaq itkin düşüb
26-11-2025, 16:43
Cəlaloğlu: Ukraynada Rusiyaya güzəşt, Orta Asiya və Qafqazda ABŞ-a güzəştlə əlaqəli ola bilər
26-11-2025, 15:33
İranda məktəblər distant təhsilə keçir, muzeylər bağlanır
26-11-2025, 14:56
İran yeni vasitəçi axtarır: Vəliəhd seçimi mübahisə doğurub
26-11-2025, 13:59
Rusiya müharibədə hər ay 20 min əsgər itirir
26-11-2025, 10:52
Ukrayna NATO yolundan dönməyəcək
26-11-2025, 09:22
17 nəfər Almaniyadan Azərbaycana qaytarılıb
25-11-2025, 11:23
Ukraynanın süqutu yaxınlaşır
25-11-2025, 09:10
Şəkər xəstəliyinə qarşı daha təsirli müalicə üsulu tapılıb
25-11-2025, 08:26
İlham Əliyev Kəlbəcərlə bağlı paylaşım edib - Video
24-11-2025, 12:36
Paşinyan konstitusiyanın dəyişdirilməsini necə həyata keçirəcək?
24-11-2025, 11:46
Prezident forum iştirakçılarına müraciət edib
24-11-2025, 09:39
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
24-11-2025, 08:34
Ukrayna və ABŞ sülh üzrə yeni sənəd hazırlayıblar
{sape_links}

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək