18:01 / 21-02-2025
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzalayıb
17:54 / 21-02-2025
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
17:50 / 21-02-2025
Putin xarici ölkə alimlərini əməkdaşlığa səsləyir
17:26 / 21-02-2025
Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılıb
17:19 / 21-02-2025
Zaqatalada avtobus qəzaya düşüb
16:58 / 21-02-2025
Yer kürəsinin fırlanması dayana bilər - Foto
16:58 / 21-02-2025
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin cütləri bəlli olub
16:47 / 21-02-2025
ABŞ Ukraynaya yardım göndərmək istəmir
16:17 / 21-02-2025
Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib
16:10 / 21-02-2025
Prezident rəis müavininə ali xüsusi rütbəsi verib - Sərəncam
16:00 / 21-02-2025
Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
15:37 / 21-02-2025
Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi dəyişib
15:26 / 21-02-2025
Jurnalist Nurlan Libre həbs olunub - (Yenilənib)
15:25 / 21-02-2025
Çempionlar Liqasının 1/8 finalı: püşk atılıb
15:18 / 21-02-2025
Peskov: ABŞ-nın müharibəyə gələcək sponsorluğu yanlış olardı
15:11 / 21-02-2025
Türk ordusu terrorçulara qarşı əməliyyat keçirib - Video
15:06 / 21-02-2025
ABŞ dövlət katibi avropalıları sakitləşdirməyə çalışır
14:51 / 21-02-2025
Bakıda universitetdə axşam dərsləri təxirə salınıb
14:40 / 21-02-2025
Cəbrayılda daha 33 ailə köçürülüb
14:30 / 21-02-2025
Qabil Hüseynli: Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər
13:47 / 21-02-2025
Ukraynada daha bir azərbaycanlı həlak olub
13:25 / 21-02-2025
Ölkəmizdə daha bir publik hüquqi şəxs yaradılıb - Fərman
13:24 / 21-02-2025
Ər-Riyad görüşündən əvvəl Rusiya ilə ABŞ arasında gizli danışıqlar olub
13:10 / 21-02-2025
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunacaq
12:58 / 21-02-2025
Sərdar Cəlaloğlu: Dünyanın ağası ya Çin, ya da ABŞ olacaq, bu siyahıda Rusiya yoxdur
12:41 / 21-02-2025
Yenə qar yağacaq, yollar buz bağlayacaq - Proqnoz
12:23 / 21-02-2025
Əmək hüquqlarını pozan şirkətlərə qarşı cinayət işi açılıb
12:08 / 21-02-2025
Sabiq nazirlə bağlı milyonluq qalmaqal: "Onun dövründə kinostudiyanın həyəti satılıb"
12:02 / 21-02-2025
Nazir Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verib
12:02 / 21-02-2025
Tbilisidə nə düşünürlər? - “Yaxşı ki, Kiyev qatarına minmədik”
01:15 / 19-02-2025

17:04 / 17-02-2025

00:06 / 18-02-2025

18:39 / 18-02-2025

17:29 / 17-02-2025

22:54 / 17-02-2025

11:37 / 17-02-2025

13:08 / 17-02-2025

23:55 / 17-02-2025

09:16 / 17-02-2025

00:11 / 18-02-2025

16:02 / 17-02-2025

Erməniəsilli şəxslərin məhkəməsi davam edir (Yenilənib)
Tarix: 20-02-2025 20:36 | Bölmə: Slayd

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Reyting.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə davam edir.
Xatırladaq ki, ötən proses ittiham aktının nəticəvi hissəsinin elanı ilə başa çatıb.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
***
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb.
Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib.
Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.
Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər.
Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.
Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.
Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:58
Yer kürəsinin fırlanması dayana bilər - Foto
Bu gün, 14:30
Qabil Hüseynli: Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər
Bu gün, 13:25
Ölkəmizdə daha bir publik hüquqi şəxs yaradılıb - Fərman
Bu gün, 12:41
Yenə qar yağacaq, yollar buz bağlayacaq - Proqnoz
Dünən, 19:05
Zelenski çarəsizlikdən Ərdoğanın çətiri altına girir
Dünən, 09:24
Dövlət Vergi Xidmətinin rəisi vəzifədən azad edilib
19-02-2025, 17:37
Ruslar Ukraynanın daha iki yaşayış məntəqəsini ələ keçirib
19-02-2025, 16:32
ABŞ kəşfiyyatı: Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir
19-02-2025, 16:13
İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb - (Yenilənib) - Fotolar
19-02-2025, 12:22
Prezident İlham Əliyev Xankəndiyə gedib - (Yenilənib) - Fotolar
19-02-2025, 08:16
Cəbrayıla növbəti köç karvanı yola salınıb
19-02-2025, 01:15
Tramp Ər-Riyaddakı danışıqlarla bağlı bəyanat yayıb
19-02-2025, 00:36
Ukrayna üçün 6 milyard avroluq hərbi yardım paketi hazırlayırlar
18-02-2025, 20:26
Erməniəsilli şəxslərin ittiham aktı elan olunub
18-02-2025, 11:38
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar
18-02-2025, 10:28
Azad İsazadə: Sülh danışıqları Putinin nüfuzuna ciddi zərbə vuracaq
18-02-2025, 00:06
İnsanın düşüncələrini deşifrə edən süni intellekt modeli hazırlayıblar
17-02-2025, 22:54
Ukrayna prezidenti Türkiyədə səfərdədir - (Yenilənib)
17-02-2025, 19:54
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib (Yenilənib)
17-02-2025, 17:29
Müstəqil Dövlətlər Birliyi ölkələrində vəziyyət dəyişir
17-02-2025, 16:29
Bakıda 161 milyonluq qumar işi: saxlanılanlar var
17-02-2025, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17-02-2025, 13:08
Paşinyan sülh sazişi imzalamaqdan yayınır
17-02-2025, 12:27
Avropa ABŞ-la ticarət savaşına başlayır
17-02-2025, 11:37
Sabah Ukraynanın taleyi həll olunur
17-02-2025, 08:38
Ər-Riyad Rusiya-ABŞ danışıqlarında vasitəçi olacaq
17-02-2025, 00:55
Ermənilərin törətdiyi qətliamdan 33 il ötür
16-02-2025, 20:35
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Videolar
15-02-2025, 18:20
ABŞ Ukraynaya qoşun göndərməyə hazırlaşır
14-02-2025, 14:55
Keçmiş səfirimiz İngiltərədə həbs olunub - Seksual hərəkətlərə görə
14-02-2025, 14:50
Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasını istəmir
14-02-2025, 14:17
“Əsas məsələ müharibəni dayandırmaqdır” - Asim Mollazadə
14-02-2025, 13:45
Dünyanın ən ağıllı ölkələri... - İsveçrə birinci, Finlandiya onuncudur
14-02-2025, 11:14
Kreml Suriyada hərbi bazasını saxlaycaq
14-02-2025, 10:20
Nazir Emin Əmrullayev ağır ittihamlarla üzləşir - Ekspert
13-02-2025, 15:03
Rusiya Azərbaycanla bağlı məsələdə geri çəkiləcək
13-02-2025, 11:03
Azərbaycan Ermənistana qarşı daha bir iş üzrə iddia qaldırıb