Bəzi şirkətlər Ukraynaya silah satışını dayandırıb
Tarix: 21-02-2025 11:25 | Bölmə: Xəbərlər
Bəzi şirkətlər Ukraynaya silah satışını dayandırıb

Amerika Birləşmiş Ştatları Ukraynaya silah satışını dayandırıb.

Reyting.az
-ın məlumatına görə, Ukrayna parlamentinin deputatı, Milli Müdafiə və Kəşfiyyat Komitəsinin sədri Roman Kostenko deyib ki, ABŞ-dan alınacaq silahların çatdırılması ilə bağlı qərar hələ yoxdur.

Deputat əlavə edib ki, dayandırmanın səbəbləri hələlik məlum deyil:

“Müdafiə komitəsinin katibi kimi məndə məlumat var ki, Ukraynaya birbaşa silah satışı ilə məşğul olan şirkətlər - söhbət maddi-texniki yardımdan getmir, indi bütün bu görüşlərin (Ukrayna və ABŞ - red.) necə bitəcəyini gözləyirlər. Onlar Ukraynaya silah tədarükü ilə bağlı problem yaşamamaq üçün siyasi qərarlar gözləyirlər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq