Əfv Komissiyası 100-ə yaxın müraciətə baxıb - Yenilənib
Tarix: 12-03-2025 17:00 | Bölmə: Slayd
Əfv Komissiyası 100-ə yaxın müraciətə baxıb

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu il komissiyanın üçüncü iclası baş tutub və 300-dən çox müraciətə baxılıb.

Məlumata görə, bugünkü iclasda da daha 100 müraciətin araşdırılması nəzərdə tutulur.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bugünki iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb: "Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".

Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər