08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

ABŞ kəşfiyyatı Putin və ətrafındakı şəxslərin gizli sərvətini araşdırır
Tarix: 28-02-2019 21:36 | Bölmə: Slayd

Birləşmiş Ştatlar Rusiyaya, konkret olaraq prezident Vladimir Putin və ətrafına qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır. ABŞ Konqresinin gündəmə gətirdiyi yeni qanun layihəsi bunu deməyə əsas verir. Sənəddə ABŞ kəşfiyyatının üzərinə Vladimir Putin və ətrafının maliyyə aktivləri barədə bilgi toplamaq öhdəliyi qoyulur. Demokrat Valdiz Deminq və respublikaçı Elis Stefanikin hazırladığı qanun layihəsində bildirilir ki, Rusiya iqtidarı hakimiyyəti əlində saxlamaq və demokratik rejimləri zəiflətmək üçün korrupsiyadan istifadə edir.
“Putin və onun tərəfdarlarına təzyiq göstərməyin ən yaxşı yolu onların qeyri-qanuni və gizli maliyyə axınlarını izləməkdir”, – deyə Valdiz Deminq bildirib.
Sənəd müəllifləri Rusiyanı Birləşmiş Ştatların demokratik institutlarına müdaxilədə də ittiham edirlər.
Konqresin baxmağa hazırlaşdığı qanun layihəsində Amerika kəşfiyyatından (kəşfiyyat orqanının məlumatları toplayan 16 bölməsinə) Putin və ətrafının necə varlandığını (bunu təmin edən mənbələri) və hökumətin korrupsiyalaşmasında rusiyalı oliqarxlardan kimlərin rolunun olduğunu araşdırmaq istənilir.
Qanun layihəsi ilə bağlı Kremldən operativ reaksiya gəlib. Putinin mətbuat katibi Dmitri Peskov sənədi ciddi qəbul etmədiklərini deyib: “Hesab etmirəm ki, bu sənədə ciddi yanaşmaq lazımdır. Böyük ehtimalla, bu, rusofob cəhdlərdən biridir və artıq biz bunlara kinayə ilə yanaşmağa öyrəşmişik”.
Peskov onu da bildirib ki, Putinin bu təşəbbüsdən xəbərdar olduğunu zənn etmir.
2018-ci il yanvarında ABŞ Maliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinlə əlaqələri olan siyasətçilər, məmurlar və oliqarxların siyahısını – “Kreml hesabatı”nı dərc etmişdi. Sənədə 210 şəxsin adı daxil edilmişdi. Onlardan 114-ü yüksək vəzifəli məmurlar və dövlət şirkətlərinin rəhbərləri, 96-sı isə oliqarxlar idi.
“Kreml hesabatı”na daxil edilmiş biznesmenlər arasında milyarderlər Alişir Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Vahid Ələkbərov, Süleyman Kərimov və Yuri Milner də vardı. Siyahıya Rusiya Prezident Administrasiyasında və hökumətdə çalışanların demək olar ki, hamısının (43 nəfər) adı salınmışdı. Putinin dostu sayılan Arkadi və Boris Rotenberqlər, həmçinin Gennadi Timçenko da hesabata daxil edilmişdi. “Rosneft”in rəhbəri İqor Seçin və “Qazprom”un rəhbəri Aleksey Millerin adları da siyahıya düşmüşdü.
Eyni zamanda Prezident Administrasiyasının başçısı Anton Vayno, onun köməkçisi Aleksey Qromov, prezidentin mətbuat katibi Dimitri Peskov, baş nazir Dmitri Medvedev, onun müavinləri və nazirlər də sənədə daxil edilmişdi.
Bu siyahı ABŞ prezidenti Donald Trampın 2017-ci ildə imzaladığı sanksiyalar barədə qanuna müvafiq olaraq hazırlanmışdı. Hesabatın hazırlanması həm də o demək idi ki, Birləşmiş Ştatlar adları məlum siyahıda yer alanlara sanksiyalar tətbiq edə bilər. Bununla yanaşı, siyahı Rusiyada adları keçən şəxslərlə əməkdaşlıq edənlərə mesaj idi və bir növ çəkindirici xarakter daşıyırdı.
Həmin vaxt əsasən siyahının oliqarxlarla bağlı hissəsinə dair tənqidlər səslənmişdi. İradlar isə belə idi ki, ABŞ Maliyyə Nazirliyi Putinə yaxınlığına görə böyük pullar qazanan iş adamları ilə, öz varidatını korrupsiya sxemində yer almadan toplayan iş adamları arasında fərq qoymayıb. Və böyük ehtimalla, bütün adları “Forbes”in “Rusiyanın ən varlı adamları” siyahısından köçürüb.
Hətta ötən ilin dekabrında milyarder Valentin Qapontsev ABŞ Maliyyə Nazirliyini məhkəməyə verərək adının məlum hesabatdan çıxarılmasını tələb etmişdi. Və bildirmişdi ki, adının bu siyahıda yer alması onun işgüzar nüfuzuna zərbə vurur.
2017-ci ilin iyulunda “Hermitage Capital” fondunun rəhbəri Uilyam Brauder Senatdakı dinləmələrdə bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin dünyanın ən varlı adamıdır. Rusiyada maliyyə cinayətlərində ittiham olunan Brauder iddia edir ki, Putinin varidatı 200 milyard dollardır.
“Forbes” 2017-ci ildə Putinin kürəkəni Kiril Şamalovun sərvətinin 1,3 milyard dollar olduğunu yazmışdı. Sonradan “Bloomberg” Şamalovun Putinin qızından boşandığı barədə xəbər yaymışdı.
ABŞ Rusiyaya qarşı sərt sanksiyalar siyasətini davam etdirəcəyini bu ilin əvvəlində də açıq şəkildə bəyan etmişdi. Maliyyə naziri Stiven Mnuçin bildirmişdi ki, Tramp administrasiyası Rusiyaya qarşı əvvəlki hakimiyyətlərdən daha çox sanksiya tətbiq edir və Vaşinqton bu siyasətini davam etdirəcək. ABŞ rəsmiləri onu da bildirirlər ki, Krım problemi həllini tapmayana qədər Moskvaya qarşı sanksiyaları qüvvədə saxlayacaqlar.
ABŞ-ın məşhur kəşfiyyat-analitika mərkəzi olan “Stratfor” 2019-a dair proqnozlarında Rusiyadan bəhs edərkən Vaşinqton-Moskva gərginliyinin artacağını bəyan etmişdi. Qurum hesab edir ki, bu il Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya siyasətini daha da inkişaf etdirəcək. Moskva yeni-yeni sanksiyalarla üzləşəcək və bu məhdudiyyətlər əsasən iqtisadi-ticari müstəvidə olacaq.(Strateq.az)
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var