Güclü və təhlükəli mafiya təşkilatının bossu həbs edildi - Əməliyyat
Tarix: 03-03-2019 01:35 | Bölmə: Slayd
Güclü və təhlükəli mafiya təşkilatının bossu həbs edildi

İtaliyanın təhlükəli cinayətkarlarından biri, güclü “Kamorra” mafiya təşkilatının bossu martın 2-də Neapolda polis və karabinerlərin birgə xüsusi əməliyyatı nəticəsində həbs edilib.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, bu haqda İtaliyanın Daxili işlər naziri, baş nazirin müavini Matteo Salvini məlumat verib.

Ölkənin ən təhlükəli mafiozlarının siyahısına salınan və beynəlxalq axtarışda olan 38 yaşlı Di Lauro “Koza nostra”nın rəhbəri Matteo Messina Denarodan sonra ikincı sırada idi. Hüquq-mühafizə orqanları onu son 14 il ərzində həm İtaliyada, həm də Avropa, Asiya və Latın Amerikası ölkələrində axtarırdılar.

Neapolun Apellyasiya Məhkəməsi 2012-ci ilin may ayında heç bir təqsiri olmayan italiyalı gənc Attilio Romanonu 2005-ci ilin yanvarında qanqsterlərin səhvi ucbatından öldürülməsinə görə Di Lauronu qiyabi ömürlük azadlıqdan məhrum edib.

İstintaqın versiyasına görə, Di Lauro Kamorranın çox sayda böyük müəssisələrinin arxasında durur, eləcə də xüsusilə narkotik trafiki sahəsində İtaliyanın digər nüfuzlu (ndranqeta) cinayətkar təşkilatı ilə işgüzar əlaqələr saxlayır.

Di Lauro üç il əvvəl xarici görünüşünü dəyişmək məqsədilə plastik əməliyyat da etdirib. Bundan əlavə, polisdəki informasiyaçılar iddia edirlər ki, o, qanun keşikçilərindən gizlənmək məqsədilə dəfələrlə qadın paltarı da geyinib.

Neapolun polis idarəsinin rəhbəri Antonio De Yezu jurnalistlərə deyib ki, Di Lauro saxlanılanda üstündə silahı olmayıb və müqavimət göstərməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}