10:13 / 25-04-2025
Kibertəhlükə artır - Video
Britaniya Ukrayna ilə bağlı planını dəyişir
Tarix: 25-04-2025 09:21 | Bölmə: Slayd
Britaniya Ukrayna ilə bağlı planını dəyişir

Böyük Britaniya öncədən vəd etdiyi kimi, Ukraynaya minlərlə hərbçi göndərmək planından imtina etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə "The Times" nəşri mənbələrinə istinadla yazıb.

Qeyd olunur ki, İngiltərə Ukraynanın müdafiəsi üçün təxminən iki mindən artıq hərbçi göndərmək planından imtina etmək istəyir.

"Risklər çox yüksəkdir və həmin qüvvələr belə bir tapşırığı yerinə yetirmək üçün kifayət deyil", -deyə nəşrin etibarlı mənbələrindən biri bildirib.

Nəşr yazır ki, ləğv ediləcək planın əvəzində Böyük Britaniya, Rusiyaya qarşı savaşan Ukraynanı havadan və dənizdən müdafiə etməyi, həmçinin bu ölkəyə öz ordusunu gücləndirməyi, eləcə də Ukraynanın qərb cəbhəsinə fransızlardan, britaniyalılardan ibarət olan təlimatçıların göndərilməsini nəzərdə tutur.

Etibarlı mənbələrin fikrincə, Böyük Britaniyanın müharibə edən Ukrayna ilə bağlı planının dəyşməsində Tramp administrasiyasının təsiri hiss olunur.

Onu da xatırladaq ki, bu ilin fevral ayında Böyük Britaniyanın baş naziri Keir Starmer bildirmişdi ki, London Kiyevə təhlükəsizlik zəmanəti verməkdən ötrü tezliklə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. Həmin vaxt Fransa hakimiyyəti də, bu ideyaya dəstək verib bəyan etmişdi ki, Ukraynaya öz sülhməramlılarını göndərməyi düşünür. Böyük Britaniya, Fransa, Türkiyə, Kanada və Avstraliya ilə bərabər bir neçə dövlət Ukraynaya 30 minə yaxın hərbçi göndərmək planlarını müzakirə etmişdilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər