Putin Ukrayna ilə birbaşa danışıqlar təklif edib
Tarix: 22-04-2025 09:56 | Bölmə: Slayd
Putin Ukrayna ilə birbaşa danışıqlar təklif edib

Rusiya prezidenti Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, Ukrayna prezidenti Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, ölkəsinin atəşkəslə bağlı “istənilən danışığa hazır olduğunu” vurğulayıb.

Nəşr yazır ki, Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-nın təzyiqi fonunda verilib.

"Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər", - o deyib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Vladimir Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqları və müzakirələri nəzərdə tutub.

O, əlavə edib ki, Rusiya Federasiyası problemin sülh yolu ilə həllinə hazırdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını da xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.

Onu da qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər