Görmə qabiliyyətini bərpa edən dərman tapılıb
Tarix: 22-04-2025 10:42 | Bölmə: Slayd
Görmə qabiliyyətini bərpa edən dərman tapılıb

Cənubi Koreyanın KAIST Universitetinin alimləri görmə itkisinə səbəb olan tor qişanın zədələnməsini aradan qaldıra bilən dərman hazırlayıblar.

Reyting.az
xəbər verir ki, nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.

Araşdırmanı aparan professor Jin Vo Kim və komandası optik sinirlərin bərpasına imkan verən müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) bloklayıblar.

Araşdırmalara görə, PROX1 zülalı tor qişanın təmirini əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.

Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının müalicəsində daha müvəffəqiyyətli olduğunu üzə çıxarıblar.

Bu tapıntılara əsaslanan komanda PROX1-i zərərsizləşdirən xüsusi antikor hazırlayıb. Biotexnologiya şirkəti “Celliaz” ilə birlikdə hazırlanan bu antikor siçanlarda retinal hüceyrələrin bərpasını və görmə qabiliyyətini bərpa etməyə imkan verib.

Müalicə olunan siçanlarda görmə 6 ay ərzində qorunub saxlanılıb.

Tədqiqat qrupu bu müalicəni insanlara tətbiq etməyə hazırlaşır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər