12:18 / 28-04-2025
Sabah yağış yağacaq
Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib - (Yenilənib) - Fotolar
Tarix: 28-04-2025 12:41 | Bölmə: Slayd
Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib - (Yenilənib)

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda İran İslam Respublikasının Prezidentini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Reyting.az
-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.










Bölməyə aid digər xəbərlər
25-04-2025, 10:13 Kibertəhlükə artır - Video