12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Trampla Putin telefonla danışıblar - (Yenilənib)
Tarix: 19-05-2025 20:48 | Bölmə: Slayd
Trampla Putin telefonla danışıblar - (Yenilənib)

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Tramp arasında telefon danışığı İstanbuldakı danışıqların nəticələrini nəzərə alacaq.

***

Donald Tramp və Vladimir Putin arasında telefon danışığı iki saatdan çox davam edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya prezidenti Putin amerikalı həmkarı Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Putin Trampla telefon danışığını məzmunlu, səmimi və çox faydalı adlandırıb.

***

Tramp Putinlə telefon danışığında qeyd edib ki, onun fikrincə, Rusiya, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti telefon danışığından sonra deyib.

“Və öz növbəsində [Tramp] onu da qeyd edib ki, Rusiya da Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir və biz sadəcə olaraq sülhə doğru ən təsirli yolları müəyyən etməliyik”, - Putin bildirib.

Rusiya dövlətinin başçısı həmçinin qeyd edib ki, Moskva münaqişənin həlli maraqları naminə Kiyevlə əməkdaşlığı davam etdirməyə hazırdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər