12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Rusiyanın Qara dənizdəki radarını məhv ediblər
Tarix: 19-05-2025 13:30 | Bölmə: Dünya
Rusiyanın Qara dənizdəki radarını məhv ediblər

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yerüstü və hava dronlarından istifadə etməklə Rusiya RLS və Qara dənizdə qaz hasilat platformalarında yerləşdirilən anbarlarını məhv edib.

Reyting.az
-ın məlumatına görə, Ukrayna mediası yazır ki, SBU Qara dəniz sularının rus işğalçılarından, onların hərbi və digər texnikalarından təmizlənməsi üçün xüsusi əməliyyatların hazırlanması və həyata keçirilməsini davam etdirir.

“Bu yaxınlarda SBU Hərbi Əks-Kəşfiyyat İdarəsinin 13-cü Baş İdarəsinin əməkdaşları dəniz və hava pilotsuz uçan aparatlarından istifadə etməklə xüsusi əməliyyat keçiriblər. Onun hədəfi Ukraynanın qaz hasilat platformalarına yerləşdirilən Rusiya radar avadanlığı olub”, - SBU-nun “Telegram” kanalı qeyd edib.

Bildirilir ki, əvvəlcə qüllələrdən biri pilotsuz təyyarə ilə vurulub, daha sonra isə dəniz pilotsuz təyyarəsi hücum edib. Bu hücum nəticəsində rusların hava və yerüstü vəziyyəti izləmək üçün istifadə etdiyi Neva radarı, qüllədəki anbarlar və yaşayış bloku məhv olub.

Əməliyyat çərçivəsində SBU mütəxəssisləri iki növ PUA-dan istifadə ediblər ki, bu da cüt-cüt işləməyin effektivliyini nümayiş etdirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər