16:41 / 23-05-2025
"Anadolu Ankası - 2025": təlim uğurla başa çatıb
16:30 / 23-05-2025
Tanınmış aktyorlar həbs olunub
16:14 / 23-05-2025
Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"
15:53 / 23-05-2025
Mnatsakanyan məhkəmədə işğalda rolunu etiraf edib
15:27 / 23-05-2025
Məhkəmə işi: "Şuşa əlahiddə taboru”da əcnəbilərin iştirakı ifşa olunub
14:42 / 23-05-2025
İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləyib
14:35 / 23-05-2025
Putin “bufer zona” yaratmaq istəyir
14:17 / 23-05-2025
Rusiya ilə Ukrayna məhbus mübadiləsi edib
14:13 / 23-05-2025
“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb
14:08 / 23-05-2025
Professor: Qərbi Azərbaycana qayıdışımız mümkündür
13:32 / 23-05-2025
Tarixi əsəri oğurlayan alman turist yaxalanıb
13:27 / 23-05-2025
Türkiyədə mafiyaya qarşı əməliyyat keçirilib - Foto
13:24 / 23-05-2025
Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)
13:13 / 23-05-2025
Zahid Oruc: 2024-cü ildə yol qəzasından 1952 nəfər ziyan çəkib
13:09 / 23-05-2025
Bir vəkilin fəaliyyəti dayandırılıb, beş vəkilə töhmət verilib
13:06 / 23-05-2025
Yeni kansler “Şimal axını”na qarşıdır
12:55 / 23-05-2025
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb
12:51 / 23-05-2025
“Pasportlar haqqında” qanuna dəyişiklik edilib
12:50 / 23-05-2025
Tramp Rubionun təklifinə qarşı çıxır
12:42 / 23-05-2025
Sabah yağış yağacaq
12:39 / 23-05-2025
Vərəsəlik və miras haqqında qanun dəyişib
12:21 / 23-05-2025
Niderlandın kralı İlham Əliyevə məktub göndərib
12:11 / 23-05-2025
Məsud Pezeşkian İlham Əliyevi təbrik edib
12:07 / 23-05-2025
Beynimin damarı - Akif Abbasov yazır
11:57 / 23-05-2025
DİM sədri: "Riyaziyyat fənnindən imtahanların nəticəsi ürəkaçan deyil"
11:39 / 23-05-2025
Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?
11:32 / 23-05-2025
İlham Əliyev TDT ölkələrinin daxili işlər nazirlərini qəbul edib - (Yenilənib) - Fotolar
11:25 / 23-05-2025
Ali məktəblərə qəbul üçün plan yerləri artırılıb
11:20 / 23-05-2025
Dövlət Xidməti 36 minə "Azercell" nömrəsi satır - Siyahı
11:05 / 23-05-2025
Milli Məclisin iclası başlayıb
16:30 / 19-05-2025

16:34 / 20-05-2025

14:48 / 19-05-2025

18:12 / 18-05-2025

17:34 / 18-05-2025

12:22 / 20-05-2025

13:33 / 20-05-2025

14:20 / 20-05-2025

20:48 / 19-05-2025

08:12 / 19-05-2025

10:25 / 19-05-2025

12:31 / 19-05-2025

İlham Əliyev TDT ölkələrinin daxili işlər nazirlərini qəbul edib - (Yenilənib) - Fotolar
Tarix: 23-05-2025 11:32 | Bölmə: Slayd

Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.
Reyting.az xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının Daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının Daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının Daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının Daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin Daxili işlər naziri Dursun Oğuz, Macarıstanın Daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
***
Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib:
- Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü Azərbaycanda keçirilir. Bu, çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq.
Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilmişdir. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin.
Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək.
Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq.
Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə biz təşkilat çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji məsələləri ilə yanaşı, mütləq ortaq köklərimiz, ortaq tariximiz haqqında geniş danışmalıyıq.
Tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bizdən asılı olmayan səbəblərə görə bir-birimizdən ayrı düşmüşdük. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.
O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır.
Təbii ki, bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir. Yenə də deyirəm, bunlar üçün bütün imkanlar var. Əgər olmasaydı, mən bu barədə danışmazdım.
Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına öz hörmətimi bildirirəm və Sizə uğurlu iş və gözəl nəticələr arzulayıram.
X X X
Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib:
- Əvvəlcə, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, bu, daxili işlər nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızıstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də Kommünike hazırlanıb. Bundan sonra da belə görüşlər keçiriləcək və orada daxili işlər nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən Kommünike qəbul olunacaq. Bu, banditizm, terrorizm, cinayətkarlıq və sairə ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.
İki gün əvvəl vaxtilə Sizin təşəbbüskarı olduğunuz qeyri-rəsmi Zirvə görüşümüz keçirildi. O, mahiyyət etibarilə qeyri-rəsmi deyil, daha çox rəsmi idi. Orada da hüquq-mühafizə orqanlarımızın işindən bəhs edildi. Siz də qeyd etdiniz ki, keçən il ilk dəfə Şuşada ali məhkəmə instansiyalarımızın görüşü oldu. Ali məhkəmələrin sədrləri bu yaxınlarda - iki həftə əvvəl Antalyada yenidən toplaşdılar və nizamnamə qəbul etdilər. Orada da bütün fəaliyyət istiqamətləri göstərilib. Bizdə artıq baş prokurorlar, notarial orqanlar, ədliyyə nazirlərinin platformaları yaradılıb, keçən il ədliyyə nazirləri də Astanada bir araya gəldilər.
Bir sözlə, bütün hüquq-mühafizə bloku institutlaşmaya başlayıb, artıq ilk addımlar atılır. Sizin parlamentdəki inaqurasiya nitqinizdə qısaca qeyd etdiyiniz kimi, hamı bunu dəstəkləyir. İndi Sizin dediyiniz kimi, bizim təşkilat daha güclü ola bilər. Biz həqiqətən nadir beynəlxalq təşkilatıq. Siz qeyd etdiyiniz kimi, 15 il əvvəl qəbul edilən Naxçıvan Sazişində deyilir ki, bizi məhz tarixi köklər, mədəniyyətimiz, dil, din birləşdirir. Çünki başqa belə bir təşkilat yoxdur və bizim hamımızın vəzifəsi yaradılmış platformalarla onu gücləndirməkdir.

Bölməyə aid digər xəbərlər

Bu gün, 14:08
Professor: Qərbi Azərbaycana qayıdışımız mümkündür
Bu gün, 13:24
Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)
Bu gün, 12:11
Məsud Pezeşkian İlham Əliyevi təbrik edib
Bu gün, 11:39
Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?
Bu gün, 11:32
İlham Əliyev TDT ölkələrinin daxili işlər nazirlərini qəbul edib - (Yenilənib) - Fotolar
Bu gün, 11:25
Ali məktəblərə qəbul üçün plan yerləri artırılıb
Bu gün, 09:45
G7 böyük vədlər verir
Dünən, 15:06
Prezident bir qrup şəxsi təltif edib - Siyahı
Dünən, 13:08
Prezident ADY sədrinə müavin təyin edib - Sərəncam
Dünən, 12:20
Senatorlar Putini xəbərdar edir
Dünən, 11:23
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur
21-05-2025, 16:15
İlham Əliyev TDT-nin iclasında iştirak edib - (Yenilənib)
21-05-2025, 15:26
Rusiyaya qarşı “daha sərt” sanksiyalar hazırlayırlar
21-05-2025, 11:15
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər
21-05-2025, 10:45
İranın nüvə obyektlərinə hücum gözlənilir
21-05-2025, 10:04
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub
21-05-2025, 09:19
Kosmosda naməlum canlı orqanizm tapılıb
21-05-2025, 08:22
NATO parçalana bilər
20-05-2025, 13:33
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
20-05-2025, 12:22
Ərdoğan vasitəçilikdən nə qazanır?
20-05-2025, 11:56
Əleyhdarları lüks təyyarəni Trampdan almaq istəyirlər
20-05-2025, 10:33
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
20-05-2025, 09:33
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyəcək
19-05-2025, 14:48
Avropanın rəhbər şəxsləri Azərbaycana yanaşmalarını dəyişirlər
19-05-2025, 14:28
Hərbi xidmətə çağırış başlayır - Sərəncam
19-05-2025, 12:05
Putin-Tramp görüşü reallaşa bilər
19-05-2025, 11:26
DİM imtahan iştirakçılarına müraciət edib
19-05-2025, 10:53
Tehran Tacikistan üçün Hind okeanına yol açır
19-05-2025, 10:30
Kreml müharibəni bitirməyi planlaşdırmır
19-05-2025, 08:18
“Qara dəliklər”in sirri açılıb
18-05-2025, 17:40
Hikmət Hacıyev: Sülh üçün ideal şərait yaranıb
17-05-2025, 13:00
İlham Əliyev Tokayevə zəng edib
17-05-2025, 10:38
Venera planetində yaşayış mümkündür
16-05-2025, 17:37
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16-05-2025, 12:53
Putinə qarşı ən sərt tədbirlər görməyə başlayırlar
16-05-2025, 12:08
Rusiya donanması ciddi problemlə üzləşib
15-05-2025, 15:22
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur?
15-05-2025, 11:59
Cəlaloğlu: Azərbaycan-Ermənistan müharibəsinin başlamasına nə şərait var, nə də səbəb
15-05-2025, 10:14
İstanbul danışıqları öncəsi: ruslar daha bir kəndi işğal edib, Dnepropetovskə yaxınlaşır
15-05-2025, 09:31
Əlibəyli: PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür
15-05-2025, 08:06
Tramp İstanbul danışıqlarına qatılmayacaq
15-05-2025, 07:53
Rusiya və Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
14-05-2025, 20:02
Tramp elçilərini İstanbula göndərir