Rusiya Cənubi Qafqazda nüfuzunu itirir
Tarix: 08-07-2025 10:58 | Bölmə: Slayd
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir

Rusiya “Taliban”ı Əfqanıstanda hakim hökumət kimi tanıyan ilk ölkə oldu, Moskvanın ənənəvi müttəfiqləri ilə çoxdankı əlaqələri pozulmağa başladı. 2022-ci ilin əvvəlində Ukraynada müharibə başlayandan bəri Kreml iqtisadi və hərbi tərəfdaşlığı inkişaf etdirmək üçün Şimali Koreya və İranla daha sıx əməkdaşlığa can atdı. Eyni zamanda, Ukraynada “bataqlığa düşən” Rusiya postsovet məkanında öz təsirini tədricən itirir. Bu baxımdan ən diqqətçəkən təkamül Rusiyanın Cənubi Qafqaz regionunda çoxdankı qalasını itirməsidir.

Reyting.az
xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Təhlildə qeyd olunur ki, İrəvan və Bakı sülh sazişinin mətnini razılaşdırmaqla Rusiyadan uzaqlaşırlar:

Qarşıdakı yol hər iki ölkə üçün çətin olsa da, 1990-cı illərdən bəri münaqişənin iplərini çəkən Rusiya deyil, Türkiyə işə qarışır.

Moskvanın Bakı və İrəvanla münasibətləri heç vaxt indiki qədər pis olmayıb.

Rusiya polisinin Rusiyanın dördüncü ən böyük şəhəri olan Yekaterinburqda bir neçə etnik azərbaycanlının evlərinə basqın etdiyi zaman gərginlik kəskin şəkildə artıb.

Ermənistanın vəziyyətində Azərbaycanın Qarabağda 2023-cü il kampaniyası Suriya və İranın sonradan kəşf etdiyini İrəvana nümayiş etdirdi: Rusiya lazım olanda müttəfiqlərini dəstəkləmək üçün müdaxilə etmir!

Hərbi ekspertlər əlavə edirlər ki, Rusiya da 2022-ci ilin fevralından bütün resursları və qoşunları Ukraynaya yönləndirilərək bunu tam şəkildə edə bilmir.

2024-cü ildə Ermənistan Kremlin rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmaq üçün misli görünməmiş addım atdı. Bir il sonra, 2025-ci ilin əvvəlində Ermənistan parlamenti Avropa İttifaqına qoşulma prosesinin başlanmasına yönəlmiş qanun layihəsini qəbul etdi ki, bu da Moskvanın nöqteyi-nəzərindən son dərəcə düşmən addımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər