Tramp Ukrayna ilə bağlı inadından əl çəkir
Tarix: 08-07-2025 14:39 | Bölmə: Slayd
Tramp Ukrayna ilə bağlı inadından əl çəkir

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığında dərhal Ukraynaya 10 ədəd “Patriot” raketi göndərəcəyi vədini verib.

Reyting.az
bildirir ki, bu barədə “Axios” öz mənbələrinə istinadla yazıb.

Nəşr xatırladır ki, ayın əvvəlində ABŞ bu raketlərin Ukraynaya tədarükünü dayandırsa da, Tramp Zelenski ilə söhbətdən sonra qərarını dəyişib.

Hər iki tərəf bu söhbəti Trampın vəzifəyə gəlişindən bəri ən yaxşı telefon danışığı adlandırıb.

“Tramp Zelenskiyə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə kömək etmək istədiyini söyləyib, lakin ABŞ-nın ehtiyatlarını yoxlamaq üçün son silah tədarükünü dayandırmalı olduğunu vurğulayıb”,- prezidentlərin telefon danışığı ilə tanış olan iki nəfər nəşrə deyib.

Söhbət zamanı Tramp dərhal 10 ədəd “Patriot” raketi göndərəcəyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər