Zahid Oruc: İndi İrəvanın taleyi Bakıda həll olunur
Tarix: 08-07-2025 13:25 | Bölmə: Slayd
Zahid Oruc: İndi İrəvanın taleyi Bakıda həll olunur

“Qarabağ qədim Qafqaz Albaniyası, daha sonra xanlıq, əyalət, Şuşa qəzası, muxtar vilayət və son 30 illik “ikinci erməni dövləti” avantürasına qurban verildiyi bütün mövcudluğu tarixində heç vaxt indiki qədər sülh, quruculuq və beynəlxalq siyasət paytaxtına çevrilməyib. O cümlədən, Xankəndi şəhəri sovetlərin son 70 ilində demoqrafik, iqtisadi və siyasi baxımdan erməni planlarına, gələcək separatizm və düşməniçilik ünvanına, prezidentimizin dediyi kimi, müstəqillik adı ilə “zəhər yuvası”na dönmüşdü, nəinki 7 rayonun, bütövlükdə milli dövlətimizin altına qoyulan siyasi mina idi”.

Reyting.az
xəbər verir ki, bu fikirlərin müəllifi Milli Məclisin komitə sədri Zahid Orucdur.

Zahid Oruc qeyd edib ki, Xankəndi İqtisadi Zirvəsi çoxəsrlik mübarizə tariximizin parlaq yekunudur:

“İlham Əliyevin liderliyi ilə qazandığımız parlaq Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də onun strateji səbri ilə 44 günlük Zəfərdən sonra ən azı iki əsrdə aparılan milli azadlıq hərəkatının ədalətli sonudur!

Bəli, 90-cı illərdə SSRİ-nin dağılması ilə əldə etdyimiz müstəqillik natamam idi. 2020-23-cü illərdə Şuşa-Xankəndi yolunda ordumuzun qalibiyyət yürüşünün durdurulduğunu iddia edənlər, nəhayət, bir liderin strateji səbrinin və planlarının zirvəsini gördülər. İlham Əliyevin məqsədi təkcə torpaqların işğalına son qoymaq və ikinci erməni dövlətini iflasa uğratmaq deyildi.

Unutmayaq ki, nə Osmanlı və Rusiya imperiyası, nə də şah İranı dövründə istər Qarabağ, istərsə də Azərbaycan indiki qədər azərbaycanlıların müstəsna sərəncamında olmayıb. Ölkəmizin yaxın, uzaq paytaxtlardan idarə olunması, o cümlədən, general-qubernatorlara tabe edirilməsi separatizmdən daha böyük işğal idi. Sovet hakimiyyəti yarananda Azərbaycan SSRİ-yə rəhbərlik edən qeyri-millətlərin təmsilçiləri Kirov, Mirzoyan, Qikalo, Polonski və Rubenovu bir daha xatırlayanda 2025-ci ilin Azərbaycanının daha nələrdən qurtulduğunu çox aydın görürük!

Beləliklə, Xankəndi Zəfəri təkcə ərazi və siyasi bütövlük hadisəsi deyil, həm də ermənilərin ərazini könüllü tərk etməsi ilə, İrəvanda hakimiyyət dəyişikliyi planlarına qoşulmaları səbəbindən Azərbaycanın çoxsərlik tarixində ilk dəfə, erməni məsələsi milli dövlət ərazimizdən kənara çıxarıldı. İndi İrəvanın taleyi Bakıda həll olunur. Bizə görə, əsil müstəqillik və milli azadlıq son 5 ildə qazandığımız qələbələrdir, İlham Əliyevsə təkcə Qarabağın deyil, həm də Azərbaycanın xilaskarıdır.

Xankəndi İqtisadi Zirvəsi Qələbəmizin legitmliyinin İran daxil 10 dövlət tərəfindən tanınmasıdır.

İki qlobal savaşın əhatəsində təhlükəsizlik adasına çevrilən ölkəmiz tarixində heç vaxt indiki qədər imperiya varisi olan dövlətlərin - Rusiya, qardaş Türkiyə və İran xalqının taleyini əmanət edəcəyi məkana çevrilməyib.

90-cı illərdə Şuşa, Laçın, ardınca 5 rayon itiriləndə Bakı meydanlarında bir-birinə “bəy” deyə müraciət edirdilər. İndi Xankəndidə bütövlük bayrağımızı ucaldan lider millətimizin xanlıq və bəylik qürurunu geri qaytardığı üçün ən ali titula layiqdir!”

E. KAMAL




Bölməyə aid digər xəbərlər