Fəxri adlar daha verilməyəcək? - Açıqlama
Tarix: 08-07-2025 15:24 | Bölmə: Mədəniyyət
Fəxri adlar daha verilməyəcək? - Açıqlama

Əməkdar artist Zemfira Sadıxovanın "Mədəniyyət naziri Adil Kərimli şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub" deməsi müzakirə yaradıb.

Reyting.az xəbər verir ki, bu barədə Pravda.az-a danışan Əməkdar artist Anar Heybətov deyib ki, fəxri adların olmayacağı barədə konkret qərar eşitməyiblər.

"Fəxri adların verilməsi yaxşı olardı, çünki bu, aktyorlarda, incəsənət adamlarında stimul yaradır. Yəni işləyim, çalışım, nəyəsə çatım. Bundan sonra necə olacağını bilmirəm. Uzun illərdir, artıq kiminsə fəxri adı pulla alması barədə məlumatları da eşitmirəm. Bu kimi şeyləri gənc yaşlarımda eşidirdim, amma konkret kimlər olduğunu bilmirdim. Düşünürəm, hər halda fəxri adları layiq olanlara təqdim edirlər", - o bildirib.




Bölməyə aid digər xəbərlər