Nepalda iğtişaşlar: 900-ə yaxın məhbus qaçıb, çoxsaylı ölən və yaralı var
Tarix: 10-09-2025 08:49 | Bölmə: Slayd
Nepalda iğtişaşlar: 900-ə yaxın məhbus qaçıb, çoxsaylı ölən və yaralı var

Nepalda iğtişaşlar hələ də davam edir.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistanla sərhəddə yanğınlar səbəbindən sərhəd-keçid məntəqələri bağlanıb. Uttar Pradeşdə əlavə polis qüvvələri yerləşdirilib.

“Nepal–Hindistan sərhədindəki bütün nəzarət-buraxılış məntəqələrində zorakılıq və yanğınlar baş verib, iğtişaşların artması fonunda polis postları yandırılıb... Hakimiyyət bütün nəzarət-buraxılış məntəqələrinin tamamilə bağlanmasına göstəriş verib", - məlumatda deyilir.

Bundan başqa, Nepaldakı iğtişaşlar fonunda Poxara həbsxanasından 900-ə yaxın məhbus qaçıb. Bunu Hindistan mediası xəbər verir.

Bildirilir ki, etiraz aksiyalarında ən azı 22 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər