Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
Tarix: 10-09-2025 10:54 | Bölmə: Slayd
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır

ABŞ prezidenti Donald Tramp Avropanı Rusiyanın ticarət tərəfdaşlarına irimiqyaslı rüsumlar tətbiq etməyə çağıraraq, ABŞ-ın da eyni addımı atacağını vəd edib.

Reyting.az
“The Telegraph” nəşrinə istinadla bildirir ki, Tramp Avropa İttifaqını Kremlə təzyiqi artırmaq üçün Hindistan və Çinə 100 faiz ikinci dərəcəli sanksiyalar tətbiq etməyə çağırıb.

Tramp bu çağırışı Avropa liderləri ilə Rusiya rəhbəri Vladimir Putini Ukrayna ilə sülh sazişi bağlamağa məcbur etməyin yollarını müzakirə edərkən səsləndirib.

Nəşr yazır ki, Tramp son həftələr Moskvanın hərəkətlərindən daha çox məyus olub, çünki Putin ABŞ-ın sülh razılaşması əldə etmək səylərinə baxmayaraq, Ukrayna şəhərlərini bombalamağa davam edir.

Jurnalistlər əlavə ediblər ki, Ağ ev Putinə qarşı ritorikasını gücləndirib. Xüsusilə ABŞ-ın Maliyyə naziri Scott Bessent təklif edib ki, Avropa İttifaqının (Aİ) Rusiya neftini alan ölkələrə qarşı sanksiyaları Rusiya iqtisadiyyatının “tamamilə çökməsinə” səbəb ola bilər.

“Biz indi Ukrayna ordusunun nə qədər dayana biləcəyi ilə Rusiya iqtisadiyyatının nə qədər tab gətirə biləcəyi arasında yarışdayıq”, - o deyib.

Sentyabrın 7-də Tramp Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduğunu deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər