Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
Tarix: 10-09-2025 09:22 | Bölmə: Slayd
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər Azərbaycan prezidenti İlham Əliyev ilə ABŞ prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan-ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.






Bölməyə aid digər xəbərlər