21:21 / 11-12-2019
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya layihəsini 18 səslə qəbul etdi
20:37 / 11-12-2019
Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
19:33 / 11-12-2019
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
19:14 / 11-12-2019
Sabir Rüstəmxanlı: "İnsan haqları deyən dünya, gözün niyə tutulub?"
19:12 / 11-12-2019
Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Azərbaycan iqtisadiyyatına sərmayə yatırın"
19:02 / 11-12-2019
Səməd Qurbanov: "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb"
18:53 / 11-12-2019
Yunis Səfərovun cinayət işi icraata verilib
18:27 / 11-12-2019
Rektor icra başçısının qayınanası ilə müşavirilərinə xidməti maşınlar verib
18:13 / 11-12-2019
Rasim Balayevdən seçki açıqlaması: "Cavanlıqda deputat olmaq istədim, amma seçmədilər"
17:50 / 11-12-2019
Psixoloqlar imtahan verəcək
17:48 / 11-12-2019
AŞPA növbədənkənar parlament seçkilərini müşahidə edəcək
17:42 / 11-12-2019
İki milyon manatı mənimsəməkdə təqsirləndirilən sabiq rəis özünü təqsirli bilmir - Məhkəmə
17:11 / 11-12-2019
Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərə imza vərəqəsi verildi
17:07 / 11-12-2019
Azərbaycanın problemi yerliçilikdir - Rasim Ağayev
17:00 / 11-12-2019
Mərkəzi Bank dolların rəsmi məzənnəsini açıqladı
16:58 / 11-12-2019
Rövnəq Abdullayev SOCAR-da kadr dəyişikliyi edib - Təyinat
16:52 / 11-12-2019
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb
16:40 / 11-12-2019
Bakıda övladına işgəncə verən valideyn həbs olundu
16:34 / 11-12-2019
Prezident Administrasiyasına yeni təyinat imzalandı
16:33 / 11-12-2019
Prezident “Azərsu” ASC-yə 5 milyon manat ayırdı
16:10 / 11-12-2019
Elmar Məmmədyarov Latviyaya gedib
16:04 / 11-12-2019
Prezident Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul edib
15:47 / 11-12-2019
Nazir mayoru rəis müavini təyin etdi
15:44 / 11-12-2019
Zeynəb Xanlarova seçkiyə qatılacaq? - Köməkçisindən açıqlama
15:37 / 11-12-2019
ABŞ gələn il üçün neft qiymətləri proqnozunu yeniləyib
15:03 / 11-12-2019
ReAL seçkiyə blokla gedəcək
14:38 / 11-12-2019
Saxta "Nemiroff", "Beluqa" və "Ruskıy Standart" istehsal edən müəssisə aşkarlanıb
14:19 / 11-12-2019
Şəhid ailəsi və müharibə əlillərinə ev verilib - Fotolar
13:21 / 09-12-2019

20:39 / 09-12-2019

23:31 / 07-12-2019

16:55 / 07-12-2019

16:11 / 10-12-2019

11:46 / 09-12-2019

08:36 / 10-12-2019

21:43 / 08-12-2019

20:58 / 07-12-2019

14:19 / 09-12-2019

13:55 / 09-12-2019

16:37 / 10-12-2019

Əli Həsənov: "Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri kimlərisə ciddi narahat edir"
Tarix: 16-07-2019 19:26 | Bölmə: Gündəm

“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a açıqlama verib. Reyting.az-ın məlumatına görə, Əli Həsənov iyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı törədilən insidentdən danışarkən deyib ki, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib:
- Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.
Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Əlbəttə, biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır.
Bununla yanaşı, təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.
Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar. Lakin onlara 2015-cı ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentini xatırlatmaqla böyük diplomatik qalmaqaldan tərəflərin necə müdrikcəsinə çıxması nümunəsini xatırlatmaq istərdik. Həmin dövrdə də hər iki tərəfdə münasibətləri hərb meydanında ayırd etməyə çağırışlar olunurdu. Lakin Moskva və Ankara təxribata getmədilər, məsələnin kökünü araşdırdılar, günahkarlar tapıldı və ciddi fəsadlar vəd edən insident aradan qaldırıldı.
Buna görə də Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır.
Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaq.
Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividendlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin, bu dostluğa sadiqliyin hansı anlama gəldiyini əməli işimizlə göstərmişik. Əminik ki, bundan sonra da dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək. Radikal mövqe tutaraq xalqları, dövlətləri təxribata çəkmək, bir-birinə qarşı qoymaq meyilləri müdriklik, əsrlərin sınağından çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq və regionumuzun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:33
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
Bu gün, 16:33
Prezident “Azərsu” ASC-yə 5 milyon manat ayırdı
Bu gün, 13:24
Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı: "Müalicəsinə zəruri yardım göstərilir"
Bu gün, 11:46
“EuroHome”da yanğın: istintaq qrupu yaradıldı
Dünən, 17:14
Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Dünən, 15:28
İlham Əliyev İordaniya Kralı ilə işçi naharı edib
Dünən, 14:38
Elmira Süleymanovaya yeni vəzifə verilib
9-12-2019, 16:33
Yolların təmirinə 7,8 milyon manat ayrıldı
9-12-2019, 14:47
Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı
9-12-2019, 11:40
İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
9-12-2019, 10:37
Nazir müavini: "Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40%-i başa çatıb"
7-12-2019, 17:48
Əli Əsədov müavininə yeni vəzifə verib
6-12-2019, 12:46
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış oldular, ağac əkdilər
6-12-2019, 11:31
MSK toplanır: sabah növbədənkənar seçkilərlə bağlı qərar veriləcək
5-12-2019, 19:30
Prezident zəlzələdən ziyan çəkən ailədə oldu – Kəmaləddin Heydərov dövlət başçısını məlumatlandırdı - Fotolar
5-12-2019, 19:05
Prezident Şamaxıda yol və "Asan Həyat"ın açılışlarını edib - FOTO
5-12-2019, 18:24
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib - Foto
5-12-2019, 17:33
Prezident Dövlət Agentliyinə 11,8 milyon manat ayırıb
5-12-2019, 17:13
Növbədənkənar seçkilərlə bağlı müraciət yayıldı
5-12-2019, 15:02
Avropa İttifaqı: “Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in prinsipləri əsasında həll oluna bilər”
4-12-2019, 15:08
Milli Məclisin buraxılması barədə qərarın mətni açıqlanıb
4-12-2019, 11:53
Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
3-12-2019, 21:30
Həsən Ruhani Azərbaycan Baş nazirinin müavinini qəbul edib - Foto
3-12-2019, 18:16
Prezident iki rektorla bağlı sərəncam imzaladı - Yeni təyinat
3-12-2019, 18:08
XİN Elmar Məmmədyarovla Lavrovun görüşü ilə bağlı məlumat yaydı
3-12-2019, 16:21
Gənclər və İdman Nazirliyinə 7,5 milyon manat ayrıldı
3-12-2019, 14:54
Vəli Hüseynov vəzifəsindən çıxarıldı - AAK-da dəyişiklik
3-12-2019, 14:29
Rusiya XİN başçısı: "Bakı və Moskva arasındakı hərbi əməkdaşlıq regiondakı qüvvələr balansı nəzərə alınmaqla aparılır"
3-12-2019, 14:18
XİN başçısı Lavrovla birgə konfransda: "Azərbaycan, onun Qarabağdakı əhalisi üçün təhlükəsizlik vacibdir"
3-12-2019, 13:58
Prezident İlham Əliyev İran və Türkiyədən gələn nazirləri qəbul etdi
3-12-2019, 13:43
Lavrov Bakıda: "Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən nəticə gözləyir"
3-12-2019, 11:59
Azərbaycan və Rusiya XİN başçıları görüşdü
2-12-2019, 22:54
İlham Əliyev Sergey Lavrovu qəbul edib - Fotolar
2-12-2019, 18:47
Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin buraxılması haqda qərar verəcək
2-12-2019, 18:31
Prezident Konstitusiya Məhkəməsinə sorğu göndərdi - Parlamentin buraxılması ilə bağlı
2-12-2019, 17:54
Nazirlər Kabinetində dəyişiklik: yeni şöbələr yaradılıb - Siyahı