Daxili işlər naziri növbəti kadr dəyişiklikləri edib - Təyinatlar
Tarix: 17-08-2019 17:38 | Bölmə: Cəmiyyət
Daxili işlər naziri növbəti kadr dəyişiklikləri edib

Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub. Bu barədə müvafiq əmrləri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Reyting.az xəbər verir ki, əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.

Digər əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə təyinatları təsdiq edib.(Mənbə: Oxu.az)




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}