17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Direktor, müavinlər, dərs hissə müdirləri... - Onların da maaşı artırıldı - Qərar
Tarix: 11-09-2019 00:12 | Bölmə: Cəmiyyət
Direktor, müavinlər, dərs hissə müdirləri... - Onların da maaşı artırıldı

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

Reyting.az
xəbər veirr ki, Baş nazir Novruz Məmmədov bununla bağlı qərar imzalayıb.

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}