Tramp Türkiyəni təhdid etdi: “İqtisadiyyatınızı tamamilə məhv edəcəyəm”
Tarix: 07-10-2019 21:45 | Bölmə: Slayd
Tramp Türkiyəni təhdid etdi: “İqtisadiyyatınızı tamamilə məhv edəcəyəm”

“Əvvəlcədən qəti şəkildə bildirmişəm və bir daha təkrar edirəm: əgər Türkiyə böyük və misilsiz bir müdrikliyimlə məhdudlaşmadığım bir şeyi edərsə, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəyəm (əvvəllər etdim!). Onlar Avropa və digərləri ilə birlikdə nəzarət etməlidirlər…”

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz səhifəsində paylaşıb.

Tramp Suriyanın şimalında Türkiyənin keçirməyə hazırlaşdığı hərbi əməliyyatı nəzərdə tutub.

"... ABŞ İŞİD xilafətinin 100% -ni ələ keçirmək də daxil olmaqla hər kəsin gözlədiyindən daha çox iş gördü. Artıq bölgədəki başqalarının da öz ərazilərini qorumasının vaxtı gəldi. ABŞ BÖYÜKDÜR!", - deyə Tramp tvitinə əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər