Prezident daha iki icra başçısını vəzifədən azad etdi - Yeni təyinatlar
Tarix: 20-11-2019 14:02 | Bölmə: Gündəm
Prezident daha iki icra başçısını vəzifədən azad etdi - Yeni təyinatlar

Prezident İlham Əliyev Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədovun vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, Prezidentin sərəncamı ilə Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamları ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Rafil Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}