Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Tarix: 04-12-2019 14:23 | Bölmə: Slayd
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

Reyting.az
-ın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}