07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezident bir icra başçısını vəzifədən kənarlaşdırıb, iki rayona başçı təyin etdi - Sərəncam
Tarix: 04-12-2019 15:19 | Bölmə: Slayd
Prezident bir icra başçısını vəzifədən kənarlaşdırıb, iki rayona başçı təyin etdi

Bu gün Prezident İlham Əliyev bir sıra icra başçılarını işdən azad edib, yeni təyinatlar haqda sərəncamlar imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Sabirabaddan seçilmiş deputatı idi.

İlham Əliyevin digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}