23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Rus milyarder İngiltərədə öldürülüb
Tarix: 06-12-2019 13:58 | Bölmə: Slayd
Rus milyarder İngiltərədə öldürülüb

İngiltərədə itini küçədə gəzdirdiyi sırada avtomobil tərəfindən vurulan və dərhal xəstəxanaya çatdırılan rus milyarder Dmitri Obretetski 5 gün komada qaldıqdan sonra vəfat edib.

Reyting.az
xəbər verir ki, İngiltərə polisi bildirib ki, rus milyarder noyabrın 25-də Surrey məntəqəsində avtomobillə vurulub.

Açıqlamada 3 avtomobilin bir-birinə dəydiyi, onlardan birinin nəzarətdən çıxaraq Obretetskiyə dəydiyi, milyarderin ağır yaralandığı və dərhal xəstəxanaya çatdırıldığı vurğulanıb. Reanimasiya şöbəsinə yerləşdirilən milyarderin həyatını xilas etmək mümkün olmayıb. Hazırda İngiltərə polisi milyarderin qəsdən öldürülüb-öldürülmədiyini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Qəza zamanı milyarderin iti də ölüb.

Qeyd edək ki, Dmitri Obretetski Rusiyada kimyəvi məhsullar istehsal edən firmanın sahibi olub. Onun nə üçün İngiltərəyə köçdüyü, ölkəsindən kənarda yaşamağa üstünlük verməsinin səbəbləri bəlli deyil. İndiyə qədərki təcrübə göstərir ki, rus zənginlər daha çox İngiltərədə yaşamağa üstünlük verirlər. Elə Rusiya Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsi (QRU) də ən çox İngiltərədə olan və vətəni satan casusları aradan götürür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}