ABŞ-ın Əfqanıstan bataqlığı: 978 milyard dollar xərclənib, 2300 ölü, 20 mindən çox yaralı var - Fotolar
Tarix: 10-12-2019 15:20 | Bölmə: Slayd
ABŞ-ın Əfqanıstan bataqlığı: 978 milyard dollar xərclənib, 2300 ölü,  20 mindən çox yaralı var

ABŞ rəsmiləri Əfqanıstandakı müharibə haqqında reallıqları ictimaiyyətdən gizlədiblər. Reallıqda ABŞ Əfqanıstan müharibəsində qələbə əldə etməyib.

Reyting.az
xəbər verir ki, real vəziyyət “Vaşinqton Post” qəzetinin ABŞ-ın 2002-ci ildən işğal etdiyi Əfqanıstanla bağlı məxfi sənədləri ələ keçirməsindən sonra ortaya çıxıb.

ABŞ-ın 2002-ci ildən işğal etdiyi Əfqanıstanla bağlı məxfi məlumatları 2 min səhifədən ibarətdir. Sənədlər Əfqanıstan müharibəsində rol alan rəsmilər, general və diplomatların fəaliyyəti, qiymətləndirmə və hesabatlardan ibarətdir.

Sənədlərə əsasən 400-dən çox rəydə Əfqanıstanda işlərin qaydasında getmədiyi və ABŞ-ın bu ölkədə faktiki bataqlığa girdiyi ifadə edilib.

Sənədlərdə sabiq prezidentlər Corc Buş və Barak Obama dönəmində Ağ Evdə Əfqanıstan məsələsinin başında dayanan general Douqlas Lute “Əfqanıstanı anlamaqdan uzaq idik. Nə etdiyimizi bilmirdik. Necə bir yükün altına girdiyimizin fərqində deyildik”,- ifadəsini işlətdiyi ortaya çıxır.

ABŞ-ın Əfqanıstan bataqlığı: 978 milyard dollar xərclənib, 2300 ölü,  20 mindən çox yaralı var

Rəylərinə yer verilən rəsmilərin əksəriyyəti ABŞ-ın hələ də Əfqanıstanda apardığı strategiyanın səhv olduğu, rəsmilərin bunu bildiyi, amma ictimaiyyətə açıqlamadıqları barədə qeydlər də diqqət çəkir.

Sənədlərdə prezidentdən tutmuş orta səviyyəli rəsmilərə qədər, ictimaiyyətə verilən bütün açıqlamaların real səhnədə baş verənləri ifadə etmədiyi ortaya çıxır.

Əfanıstanda terrorla mübarizə mövzusunda Amerika hərbçilərinə 2013-2014-cü illərdə sözçülük edən polkovnik Bob Krovley deyib:

“Ən yaxşı mənzərəni ortaya çıxarmaq məqsədilə bütün informasiyalar dəyişdirildi. Məsələn, sorğular tamamilə etibarsız idi, amma bunlar Əfqanıstanda etdiyimiz hər şeyin doğru olduğunu göstərmək məqsədi daşıyırdı”.

ABŞ-ın Əfqanıstan bataqlığı: 978 milyard dollar xərclənib, 2300 ölü,  20 mindən çox yaralı var

Sənədlərdə diqqəti çəkən digər bir məqam müharibəyə xərclənən vəsaitdir. Rəsmilər ictimaiyyətə bu barədə ətraflı məlumat verməyiblər.

Rəsmi rəqəmlərdə Əfqanıstan müharibəsinə 934-978 milyard dollar xərcləndiyi bildirilsə də, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarına, müharibə itkilərinə və əlil olan şəxslərə xərclənən vəsait bu rəqəmə daxil edilməyib.

Pentaqonun sənədlərinə görə, 2001-ci ildən bu yana 775 min amerikalı əsgər Əfqanıstanda xidmət keçib. Bunlardan 2300 nəfəri ölüb, 20 min 598 nəfəri isə yaralanıb.

ABŞ-ın Əfqanıstan bataqlığı: 978 milyard dollar xərclənib, 2300 ölü,  20 mindən çox yaralı var

Reyting.az




Bölməyə aid digər xəbərlər