11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İran Azərbaycanın mədəni irsinə əsassız iddialardan əl çəkmir
Tarix: 14-12-2019 12:25 | Bölmə: Slayd
İran Azərbaycanın mədəni irsinə əsassız iddialardan əl çəkmir

“Dutar alətinin yalnız İran mədəniyyətinə məxsus olduğu təsdiqlənsə də, bəzi digər qeyri-maddi mədəniyyət nümunələrinə qonşu dövlətlərin iddiaları var”.

Reyting.az
“Aftab-e Yəzd” qəzetinə (İran) istinadla xəbər verir ki, dekabrın 9-13 tarixlərində Kolumbiyanın paytaxtı Boqotoda UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına bəzi əlavələr edilib.

İran nəşri yerli informasiya agentliklərinə istinadla, dutar alətinin qeydiyyata alınması xəbərini verməklə yanaşı, digər dövlətlərlə mədəni mübahisələrə dair təhlil aparıb. Bu əsnada Azərbaycan Respublikası ilə bir neçə “mübahisəli” qeyri-maddi mədəniyyət nümunələri sadalanıb:

“Covqan:
Azərbaycan Respublikası covqan (polo) idman növünü öz adına qeydiyyata alıb və İranın səylərinə baxmayaraq, Azərbaycan Respublikası bu idman növünün müştərəkliyinə qarşı çıxıb. Ancaq İranda 3 min ildən çoxdur ki, polo oyunu bu ölkənin padşahları və əcdadları tərəfindən icra olunur.

Qəhvəxana: İranda ilk qəhvə dükanları Səfəvi dövründə, Qəzvində Şah Təhmasibin səyi ilə qurularkən, Türkiyə “qəhvəxana”nı öz adına qeydiyyata alınmasını tələb edib.

Aşıq musiqisi: İranda Şah İsmayıl Səfəvinin dövründə yaransa da, UNESCO-da Azərbaycan Respublikasının irsi kimi qeydə alınıb.

Tar: azəri aləti kimi UNESCO-da qeydə alınıb, halbuki qədim İran alətidir.

Yelda: ən son belə soyğunçuluq iddiası – Azərbaycan Respublikası, İranın qədim və milli ayinlərindən biri olan Yaldaya sahiblik əvəz etmək istəyir.

Nizami Gəncəvi: Azərbaycan Respublikası hökuməti farsdili kaşıları Nizaminin məqbərəsindən çıxarıb, türkcə olan şeirlərlə əvəz edib. Azərbaycan Respublikasının Londondakı səfiri Nizami Gəncəvinin “Xəmsə” əlyazmasının Britaniya Milli Kitabxanasında İran mədəniyyəti əsəri kimi təqdim edilməsinə də etiraz edib”.

“Aftab-e Yəzd”inin məqaləsində, həmçinin zorxana güləşinin banisi Puriyayi Vəlinin də Azərbaycan irsi kimi göstərilməsinə etiraz edilir və onun Xoy şəhərindən olduğu əsas gətirilir.

Xatırladaq ki, İslam Həmrəylik Oyunları zamanı İran Zorxana Federasiyası əsassız olaraq zorxananın Azərbaycan irsi olmasına etiraz etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}