Prezidentin sabiq köməkçisi televiziya kanalı açıb - Fotolar
Tarix: 17-12-2019 19:38 | Bölmə: Slayd
Prezidentin sabiq köməkçisi televiziya kanalı açıb

Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov özünə Youtube.com saytında EN.TV adlı kanal açıb.

Reyting.az
xəbər verir ki, Eldar Namazov neçə müddətdir bu kanalın açılması üzərində çalışırmış.

Onun mətbuatdan aralı gəzməsini, açıqlamalar verməməsini də bununla əlaqələndirirlər.

Namazov kanalının ilk təqdimatında qeyd edib ki, internet kanalını açmaqda əsas məqsəd dinləyicilərlə mütəmadi münasibət qurmaq, Qarabağ mövzusu da daxil olmaqla müxtəlif məsələlər ətrafında müzakirələr aparmaqdır.

Eldar Namazov əlavə edib ki, verilişlərinin bir hissəsi rus və ingilis dillərində olacaq. O, buna səbəb kimi xaricdə Azərbaycana qarşı kampaniya aparılmasını göstərib.

Prezidentin sabiq köməkçisi televiziya kanalı açıbPrezidentin sabiq köməkçisi televiziya kanalı açıb

Reyting.az




Bölməyə aid digər xəbərlər