08:46 / 23-06-2025
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
08:08 / 23-06-2025
Qərbi Azərbaycana erməni köçü - Fotolar
07:55 / 23-06-2025
Kilsədə terror aktı: çoxsaylı ölən və yaralılar var
07:50 / 23-06-2025
Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər
07:46 / 23-06-2025
Türkan Şoray: “Mənə olan sevginin səbəbi kinonun sehrindədir”
07:39 / 23-06-2025
İsrail planının son mərhələsindədir?
07:34 / 23-06-2025
Xaricdəki amerikalılara xəbərdarlıq edilib
00:29 / 23-06-2025
NATO ölkələri müdafiə xərclərini artırır
00:20 / 23-06-2025
İranın nüvə obyektlərindən radiasiya sızır?
00:17 / 23-06-2025
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
00:03 / 23-06-2025
İranlı nazir Putinlə görüşə gəlib
20:20 / 22-06-2025
Rəsmi Bakı ABŞ-ın İranı bombalaması barədə bəyanat yayıb
18:48 / 22-06-2025
ABŞ Çinə çağırış edib - Səbəb
14:57 / 22-06-2025
Həyat dolu ömür yolu - Milli Mətbuat-150 - Fotolar
13:34 / 22-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
12:33 / 22-06-2025
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
10:32 / 22-06-2025
İsrail İrana yenidən zərbə endirir
08:55 / 22-06-2025
Tehran geri çəkilmək istəmir
08:42 / 22-06-2025
Körfəz ölkələrinin radiasiya fonunda dəyişiklik yoxdur
08:42 / 22-06-2025
Nazim Sadıxov braziliyalı rəqibini nokauta salıb
08:26 / 22-06-2025
Ruslar Ukraynanın 11 PUA-sını vurub
08:01 / 22-06-2025
Tramp: “İrana zərbələrimiz İsrailin təhlükəsizliyini gücləndirib”
06:26 / 22-06-2025
BMT: “Dünya üçün fəlakətli nəticələr ola bilər”
06:06 / 22-06-2025
ABŞ İrana qarşı müharibəyə qoşulub - Üç nüvə obyekti vurulub - (Yenilənib)
00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
11:30 / 18-06-2025

12:34 / 18-06-2025

16:11 / 19-06-2025

10:52 / 18-06-2025

16:25 / 18-06-2025

17:28 / 20-06-2025

13:12 / 18-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

Trampı da Elçibəyin aqibəti gözləyir? – İmpiçment tarixçəsi
Tarix: 19-12-2019 14:43 | Bölmə: Slayd

ABŞ Konqresinin Nümayəndələr Palatasında “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” maddələrinə əsasən, prezident Donald Trampın impiçmenti üzrə səsvermə keçirilib.
Palatanın demokratlardan ibarət əksəriyyəti impiçmentin lehinə səs verib. Qətnamə Senatda təsdiqlənərsə, Tramp Ağ Evlə vidalaşmalı və məhkəmə qarşısına çıxmalıdır.
Tarixi orta əsr İngiltərəsindən başlayan impiçment proseduru bütün ölkələrin Əsas Qanunda yer alıb. O cümlədən Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması Konstitusiyanın 107-ci maddəsində təsbit olunub.
Həmin maddədə deyilir:
I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
İndiyə qədər Azərbaycan prezidentinin vəzifəsindən kənarlaşdırılmasına dair iki təşəbbüs olub.
1992-ci ilin martında Ali Sovetdəki müxalif “Demokratik Blok” tərəfindən irəli sürülüb. Lakin Ayaz Mütllibovun könüllü istefa ərizə verməsi ilə təklif parlamentin gündəliyindən çıxarılıb və 6 mart 1992-ci ildə Ali Sovetin sədri Yaqub Məmmədovun imzası ilə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun tutduğu vəzifədən istefasının qəbul edilməsi haqqında qərar qəbul olunub.
Azərbaycanın tarixində impiçment yalnız bir kərə qanuniləşib. 1993-cü il iyunun 24-də Milli Məclis prezident Əbülfəz Elçibəyin vəzifələrini daha icra edə bilməməsi və səlahiyyətinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi haqqında qərar çıxarıb.
Qərarın mətnində deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur”.
Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilmir.
Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsi ilə quraraq Azərbaycan Respublikasının Prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.
Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.
Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini – müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.
Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.
Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.
24 iyun 1993-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov imzalayıb.
Daha sonra, 29 iyul 1993-cü ildə Milli Məclis Heydər Əliyevin imzası ilə “Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikası ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi barədə” qərar qəbul edib və avqustun 29-da keçirilmiş referendumda Əbülfəz Elçibəyə etimadsızlıq göstərilib və bundan sonra yeni prezident seçkisi keçirilib.
Sevinc ABBASOVA
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı