Eks-prezident haqqında vəhşi qərar: “Cəsədi küçədə sürüklənsin və 3 gün asılı qalsın!"
Tarix: 20-12-2019 15:15 | Bölmə: Slayd
Eks-prezident haqqında vəhşi qərar: “Cəsədi küçədə sürüklənsin və 3 gün asılı qalsın!"

Pakistan hökuməti ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfi xəyanətə görə edam cəzasına məhkum edən yüksək səviyyəli məhkəmə hakiminin vəzifəsindən azad edilməsini tələb edib.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Pakistanın Baş prokuroru Pərviz Müşərrəfə qarşı çıxarılan hökmü qeyri-qanuni və əxlaqsız adlandıraraq, "onun ağlına şübhə edilən" hakim tərəfindən verildiyini söyləyib.

Medianın diqqətini cəlb edən və heyrətləndirən hökmdəki bir bənd olub:

"Müşərrəf həbs və ya edam olunmazdan əvvəl öldüyü təqdirdə, cəsədi İslamabadın baş küçəsindən parlament binasına qədər sürüklənsin və cəsəd parlament binasının qarşısında 3 gün asılı qalsın!"

Pakistan hərbçiləri də bu qərarı qınayaraq, insanlığa, dinə və sivilizasiyaya zidd olduğunu açıqlayıblar.

Ordunun başçısı general Qavar Cavid Bacva bununla bağlı Baş nazir İmran Xanla görüşüb.

Dubayda yaşayan general Pərviz Müşərrəf edam hökmünü "şəxsi qisas" adlandırıb.

Xəstəxana çarpayısında yazdığı bir mesajda o, özünü müdafiə etmək fürsətinin yaradılmadığını və vəkilinin onu müdafiə etməsinə icazə verilmədiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər