Mafiyaya qarşı əməliyyat: keçmiş deputatlar, hüquqşünaslar, biznesmenlər saxlanılıb
Tarix: 20-12-2019 16:55 | Bölmə: Slayd
Mafiyaya qarşı əməliyyat: keçmiş deputatlar, hüquqşünaslar, biznesmenlər saxlanılıb

Mafiyaya qarşı son illərin ən geniş əməliyyatı İtaliyada baş tutub.

Reyting.az
xəbər verir ki, İtaliyanın cənubundakı Kalabria bölgəsində mafiyaya qarşı keçirilən əməliyyatda sabiq deputatlar, vəkillər, biznesmenlər və xidmət sahəsində çalışanlar da daxil olmaqla 334 nəfər həbs edilib.

İtaliyanın ANSA agentliyi bildirir ki, jandarma qüvvələri səhər saatlarında Kalabria regionunda “Ndrangheta” mafiyasının Bivo Valentia şəhər mərkəzli və xaricdəki şəbəkəsinə qarşı əməliyyata başlayıb. Əməliyyat zamanı sağ mərkəzli Forza İtaliya Partiyasının sabiq senatoru Kinkarlo Pitelli də daxil olmaqla hüquqşünaslar, iaşə xidməti sahəsində tanınmış şəxslər saxlanılıblar.

Araşdırma çərçivəsində 416 şəxs mafiya üzvü olmaq, cinayət, xərac, çirkli pulların yuyulması ittihamı ilə soğru-sual edilib.

Əməliyyatlara ölkə çapında 2500 polis qatılıb. İtaliya ilə paralel olaraq Almaniya, İsveçrə və Bolqarıstanda da onlarla şəxs saxlanılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər