Ölüm mələyinin zarafatları, yaxud axirətdən qayıdan insanlar
Tarix: 22-12-2019 11:42 | Bölmə: Slayd
Ölüm mələyinin zarafatları, yaxud axirətdən qayıdan insanlar

Axirət həyatı haqqında düşüncələr insanları həmişə qorxudur, ölümdən sonra nə baş verəcəyi də. Ölüm mələyinin işi çox ciddidir, amma bəzən sanki fanilərlə, yəni insanlarla zarafatlar edir.

Reyting.az
son anda qəribə təsadüflərlə həyata qayıtmış insanlara dair bir neçə nümunəni təqdim edir.

1996-cı ildə Dafna Bənks adlı ingilis bir qadının öldüyü elan olunub və onun cansız bədəni yarılmalı idi. Amma Bənksin ixtisasca cərrah olan rəfiqəsi soyuq meyitxanada, əməliyyat masasına qoyulmuş bədəndə qəribə bir hal müşayiət edib: qadının köksü titrəyib. Sonradan məlum olub ki, Dafna əsla ölməyib.

Texaslı gənc Zak Klements qaçış vaxtı qəflətən ürək çatışmazlığı keçirib. Xoşbəxtlikdən təcili yardım işçiləri onu həyata qaytarıb. Lakin Zakın özü ölümünə şahid olub və axirətdə uzun saçlı bir adamı gördüyünü və onun “hər şey yaxşı olacaq” söylədiyini iddia edib.

Erika Nigerli ürək çatışmazlığından ölüb. Hamilə vəziyyyətdə xəstəxanaya gətirilən qadının körpəsi qeysəriyyə yolu ilə dünyaya gəlib. Ərinin sözlərinə görə, körpə dünyaya gəldikdən sonra Erikanın ürəyi qəfildən vurmağa başlayıb.

Toni Yel ölümdən geri döndükdən sonra belə ürəyi 5 dəqiqə döyünməyib.

Roza Selestino de Assisin ölümü təsdiqləndikdən dərhal sonra qızı cansız bədəni görmək üçün xəstəxanaya gəlib. Amma anasını son dəfə qucaqlayanda, hələ sağ olduğunu hiss edib. Xəstəxanadakı tibb bacıları və həkimlər bunu ciddi qəbul etməsələr də, Rozanın fiziki sağlamlığı sonradan isbatlanıb.

Venesuelalı 9 yaşlı Karlos Kamco avtomobil qəzasında ölüb. Amma xəstəxanada qəfildən cansız bədəndən qan axmağa başlayıb. Ailəsi cəsədi evə aparmağa gələndə, uşağın sağ olduğunu görüb.

Qo Lyu xəstəxanaya aparılarkən, ürək çatışmazlığından ölüb. Ailəsi və dostları onu ifrat siqaret aludəçisi kimi tanıyırdı. Ertəsi gün meyit basdırılmaq üçün qəbiristanlığa aparılarkən, tabutun içərisindən öskürək səsi gəlib. Tabut açılanda, Qo Lyunun sağ olduğu məlum olub.

Tay Hyuston səs vermək üçün 2008-ci ildə Miçiqana gəlib və keçinib. Möcüzə ilə həyata qayıtdıqda, dediyi ilk cümlə bu olub: "Mən səs verdimmi?"

Ann Qrin 1650-ci ildə azyaşlı oğlunu öldürdüyünə görə edam olunub. Lakin asılmış qadının bədəni müayinə olunarkən, həkimlər Ann Qrinin hələ də sağ olduğunu müəyyən edib və bundan sonra ona yenidən yaşamaq icazəsi verilib.




Bölməyə aid digər xəbərlər