Türkiyəni hədəfə alan ABŞ casusu: feldmarşal rəsmi Ankaranın planlarını pozmağa cəlb olunub
Tarix: 23-12-2019 11:27 | Bölmə: Slayd
Türkiyəni hədəfə alan ABŞ casusu:  feldmarşal rəsmi Ankaranın planlarını pozmağa cəlb olunub

Hazırda dünyanın ən gərgin məkanı Aralıq dənizidir. Aralıq dənizində mümkün karbohidrogen mənbələrini tapmaq və ələ keçirmək uğrunda amansız rəqabət gedir.

Reyting.az
xatırladır ki, bu rəqabətdə İsrail, Yunanıstan, Yunan Kipri, Fransa, İtaliya Türkiyəyə qarşı ciddi rəqabət aparırlar. Türkiyə isə tanınmamış Şimali Kipr Türk Respublikası ilə birgə hərəkət edir.

Ankaranın bir müddət əvvəl Liviya milli barış hökuməti ilə bağladığı müqavilə onun Aralıq dənizində mövqelərini möhkəmlətsə də, yeni problemlər ortaya çıxıb. Məlum olub ki, hazırda Liviyada milli barış hökumətinə qarşı vuruşan Xəlifə Haftar Liviya-Türkiyə anlaşmasını tanımır, habelə Yunanıstan və İsraillə müttəfiqlik edir, onların sözünü deyir.

Türkiyəni hədəfə alan ABŞ casusu:  feldmarşal rəsmi Ankaranın planlarını pozmağa cəlb olunub

Azərbaycan mediası feldmarşal Xəlifə Haftar haqqında yazsa da, onun konkret olaraq kimliyi və hara bağlı olması haqqında müfəssəl məlumat verilmir.

Reyting.az xəbər verir ki, 76 yaşlı feldmarşal 2011-ci ildə “Ərəb baharı” dalğasında devrilən diktator Müəmmər Qəddafinin bir zamanlar ən yaxın adamı, hətta ən çox inandığı hərbçi olub. Faktiki Liviya ordusuna komandanlıq edib. Feldmarşal karyerasına Liviya quru qoşunlarından başlayıb. 1978-1987-ci illərdə Liviya ilə Çad arasında baş verən müharibədə aktiv rol alıb və Liviya ordusuna rəhbərlik edib. Ancaq müharibə zamanı Çad ordusu tərəfindən əsir alınan Haftar ilə Qəddafinin arası birdəfəlik dəyib və budan sonra Qəddafi tərəfindən qəbul olunmayıb.

Bundan sonra əsir feldmarşal Amerikaya aparılıb. Sonradan iddia olunub ki, general ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dəstəklənir. Məhz ABŞ-da olduğu müddətdə Qəddafi rejiminə qarşı müxalifətdə keçdiyini elan edən Haftara ABŞ vətəndaşlığı verilib.

Qəddafi rejiminə qarşı aksiyalar başlayanda feldmarşal 2012-ci ildə Liviyada peyda olub. Daha sonra ABŞ-a qayıdıb və 2014-cü ildə birdəfəlik Liviyaya dönüb. Özünə ordu yaradan Xəlifə Haftar silahlılarını Liviyanın şərqində yerləşdirib. Uzun illər orduda xidmət etdiyinə görə, Liviya ordusunun başsız qalan zabitləri onun ətrafına toplanıb.

Türkiyəni hədəfə alan ABŞ casusu:  feldmarşal rəsmi Ankaranın planlarını pozmağa cəlb olunub

Haftar 2014-cü ilin 14 fevralında televiziya kanalına çıxaraq “hakimiyyətə əl qoyduğunu” bəyan edib. Elə 2014-cü ildən başlayaraq Liviyanın beynəlxalq səviyyədə tanınan milli etimad hökumətinə qarşı hərbi əməliyyatlara start verib. Əsasən Tobruk istiqamətində müharibəyə başlayıb. Feldmarşal 2019-cu ilin aprelindən paytaxt Tripolini ələ keçirmək uğrunda amansız savaş aparır. Ona Misir, Əsudiyyə Ərəbistanı kimi dövlətlər hər cür dəstək göstərir.

Reyting.az




Bölməyə aid digər xəbərlər