Ermənistan Avropa Birliyindən 150 milyon avro yardım alacaq
Tarix: 25-12-2019 18:40 | Bölmə: Slayd
Ermənistan Avropa Birliyindən 150 milyon avro yardım alacaq

2020-ci ildə Ermənistan Avropa Birliyindən 150 milyon avro ala bilər.

Reyting.az
“Radio Azatutyun”-ə istinadla xəbər verir ki, bu açıqlamanı ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan verib.

O qeyd edib ki, Avropa Birliyindən bu cür yardımlar əvəzsizdir. Qriqoryan bu vəsaitin Ermənistana ayrılmasının ölkədəki dəyişikliklərin və demokratiyanın inkişafının nəticəsi olduğunu vurğulayıb. Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi bu mövzuda son razılaşmaların hələ əldə edilmədiyini etiraf edib.

Armen Qriqoryanın sözlərinə görə, hazırda tərəflər buna uyğun danışıqlar aparırlar. "Əminəm ki, buna nail olacağıq".

2017-ci ilin noyabr ayında Ermənistan və Avropa Birliyi hərtərəfli və inkişaf etmiş tərəfdaşlıq sazişini imzalayıb. Ermənistan parlamenti onu 2018-ci ilin aprelində ratifikasiya edib, sonra saziş müvəqqəti əsaslarla qüvvəyə minib.

Ermənistan bu sazişi imzalayan Avrasiya İqtisadi Birliyinin yeganə ölkəsidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər