Çeçenistan müharibəsinin səbəblərindən biri də Azərbaycan nefti olub - Foto
Tarix: 25-12-2019 19:23 | Bölmə: Slayd
Çeçenistan müharibəsinin səbəblərindən biri də Azərbaycan nefti olub

“Münaqişənin başqa bir səbəbi Azərbaycanın neft yataqlarından Novorossiysk limanına qədər uzanan neft boru kəməri idi”.

Reyting.az
“Znak.com”-a istinadla xəbər verir ki, bu, əslən rusiyalı ingilis jurnalist və politoloq Anatoli Livenin “Çeçenistan. Rusiya hakimiyyətinin faciəsi. Birinci Çeçen müharibəsi" kitabında qeyd olunur.

İlk dəfə 1998-ci ildə nəşr olunan kitab 2019-cu ildə yenidən oxucuların ixtiyarına verilib.

Müəllif Çeçenistan müharibəsənin səbəblərindən yazarkən qeyd edir ki, “Respublikanın ərazisini Rusiyanın tərkibində saxlamaqdan başqa, münaqişənin başqa bir səbəbi də var idi: Azərbaycanın neft yataqlarından, Dağıstan və Çeçenistan ərazisindən keçməklə, Novorossiysk limanına qədər uzanan neft boru kəməri. Bu, təkcə iqtisadi baxımdan deyil, Türkiyə ilə rəqabət üçün də lazım idi. Kreml səlahiyyətliləri, Çeçenistanı rahat qoyacaqları təqdirdə, türklərin onu öz təsiri altına alacağından qorxurdular”.

Çeçenistan müharibəsinin səbəblərindən biri də Azərbaycan nefti olub

Daha sonra kitabda qeyd olunur: “Beləliklə, Bakıdan Qara dənizə qədər mövcud boru kəmərinin ortasında müstəqil Çeçenistanın olması Rusiyanın hesablamalarına maneə idi. Dudayevin rəhbərliyi dövründə bu boru kəməri yerli əhali tərəfindən nefti oğurlamaq üçün düzəldilmiş pərçimlərlə örtülmüşdü və artıq 1994-cü ildə Rusiya hökuməti onun təmirini 55 milyon dollar dəyərində qiymətləndirmişdi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər