Kommunistlər parlament seçkilərində əksəriyyətin səsinə iddialıdır - Foto
Tarix: 26-12-2019 10:47 | Bölmə: Slayd
Kommunistlər parlament seçkilərində əksəriyyətin səsinə iddialıdır

“Azərbaycan kommunistləri parlament seçkilərində fərdi qaydada yaxından iştirak edəcəklər”.

Bunu Reyting.az-a Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov ölkədə fəaliyyət göstərən kommunist partiyalarının qarşıdan gələn seçkilərdə iştirakından danışarkən deyib.

Birlik sədri kommunistlərin seçkilərdə partiya kimi deyil, fərdi qaydada iştirakını bu düşərgədəki parçalanma nəticəsində yaranmış ciddi böhranla əlaqələndirib.

Ə. Abdinov qeyd edib ki, bir sıra seçki dairələrində kommunistlər artıq öz namizədliyini irəli sürüb: “Marksizm-leninizm təliminə marağın günbəgün artdığı indiki şərait deməyə əsas verir ki, qarşıdan gələn parlament seçkilərində kommunist namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq”.

Kommunistlər parlament seçkilərində əksəriyyətin səsinə iddialıdır
Ə. Abdinov

Fərdi qaydada neçə kommunistin namizədliyini irəli sürdüyü haqda rəqəm açıqlamayan Ə. Abdinov diqqətə çatdırıb ki, 51 saylı Qusar Seçki Dairəsindən Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri (parçalanmış qruplardan bir) Mənsimova Gülnisə Əlisultan qızı öz namizədliyini irəli sürüb.

Özünün seçkilərdə iştirakına gəlincə, Kommunistlər Birliyinin sədri deyib ki, burjua parlament seçkilərində iştirak etmək niyyəti yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər