Melaniya Tramp Putinin yetişdirdiyi casusdur - Fotolar
Tarix: 26-12-2019 19:37 | Bölmə: Slayd
Melaniya Tramp Putinin yetişdirdiyi casusdur

Cefri Epşteynin gündəliyi onu insan alverçisi, seks satıcısı, Uoll-Strit milyarderi, moda markalarının ortağı və Trampın yaxın dostu olaraq göstərir. Bill Klinton, İngiltərə kraliçasının oğlu şahzadə Endrü və Səudiyyə şahzadələri də əxlaqsızlıqda onun tərəfdaşı olublar. Epşteyn axirət dünyasındadır, artıq yoxdur. Bu dünyada mövcud olan, Cefri Epşteynə məxsus yeganə şey qətl və ya şübhəli intihardır. Məhkəmə tibb eksperti ölümün səbəbini intihar sayıb və onun sirlərini də qəbrə gömüb. Bəs siyasətçilərin siyasi və seks cinayətlərinin qara qutusu onunla birlikdə dəfn ediləcəkmi?

Reyting.az
“Redazione Il Faro sul Mondo” saytına (İtaliya) istinadla xəbər verir ki, Cefri Epşteyn hekayəti ABŞ, Avropa və Səudiyyə siyasətçilərinin maliyyə və mənəvi korrupsiya ilə əlaqəli həyatını araşdırmaq üçün lazımdır. Ancaq bu hekayətin bəlkə də ən maraqlı fəsli seks ticarəti, Melaniya Trampın tanıdılması və Ağ Evə yol tapmasıdır.

Cefri Epşteyn 12 yaşdan kiçik gözəl qızları müəyyənləşdirmək üçün xüsusi insan alverçiləri qrupuna sahib idi. Keçmiş partnyoru Qileyn Makvelldən istifadə edərək, Epşteyn dünyanın təhlükəsizlik orqanlarına qənimət kimi ən istedadlı qızları satıb, ABŞ, Avropa, Rusiya və bəzi ərəb siyasətçilərinə əylənmək üçün ən gözəl “ovlarını” seçib. ABŞ-ın Virgin adalarında – "qrup seks adası" olaraq bilinən mülkündə, Bill Klintonun da olduğu ən məşhur siyasətçilər qrupuna 12 yaşlı qızları təklif edib.

Bu gözəl kuklalar siyasətçilərin və ya milyarderlərin sirlərini söyləməmək üçün ciddi şəkildə nəzarət altına alınıb. Əlbəttə, bu könüllülərin sirləri öyrənmək tapşırığı onların həyatı bahasına başa gələ bilərdi. 2 ingilis jurnalist – Cill Dando və Liz MakKin bu məsələni araşdırarkən, şübhəli şəkildə öldürülüblər.

Melaniya Tramp Putinin yetişdirdiyi casusdur

Epşteynin komandası gənc qızları bir çox məqsəd üçün istifadə ediləcək təhlükəsizlik xidmətlərinə təklif etməklə, lobbiçiliyini həyata keçirib. Bəziləri xüsusi təlimlə təhlükəsizlik xidmətlərinə daxil olublar. Ən gözəl və dahi olanları təlimdən sonra moda sənayesinə, siyasətçilərin bordellərinə yerləşdirilib. Müxtəlif kurslarda bu seks işçiləri sirləri öyrənmə kurslarına yiyələniblər. Onların ən parlaq və cazibədarları Avropa prezidentlərinin ömür-gün yoldaşı olub. Sarkozinin arvadları Sesiliya Siqaner-Albeniz və Karla Bruni, eyni zamanda, Fransanın digər keçmiş dövlət başçısı Fransua Ollandın arvadı Julli Qaye də bu “modellər” arasından seçilib.

Trampın ilk arvadı İvana Zelniçkova da moda biznesi ilə bəzi əlaqələrə sahib idi. Atası Çexoslovakiyanın (keçmiş) kəşfiyyat xidmətinin əməkdaşı olan İvana onun sayəsində ABŞ-ın moda bazarına daxil ola bilib. İvana 1976-cı ildə Nyu-Yorkda Trampla tanış olub və bir il sonra onunla evlənib. 1990-cı ildə, İvananın ABŞ seçkiləri ilə bağlı məlumatları atasına çatdırması məlum olduqdan sonra, media təzyiqi onu Trampdan ayrılmağa məcbur edib.

Melaniya Tramp Putinin yetişdirdiyi casusdur

Epşteynin şedevri isə Melaniya Trampdır. Melaniya hekayəti Trampın ilk evliliyinin təkrarıdır. Melaniya 12 yaşına çatmamış kəşf edilib və Şərqi Almaniyanın təhlükəsizlik xidməti “Ştazi”yə satılıb. Keçmiş Şərqi Almaniyanın Drezden şəhərindəki «Ştazi» qərargahı “KQB”-nin, Putinin birbaşa nəzarəti altında fəaliyyət göstərib. Bu qərargah Melaniyanın soyadını Knavsdan Knauss olaraq dəyişdirib. Elə həmin il 16 yaşlı Melaniya Knauss Stan Cerko adlı sloveniyalı fotoqrafla birlikdə işləməyə başlayıb.

Lyublyana Universitetində qeydiyyata alındıqdan sonra dərhal işdən “çıxıb”, yeni holland soyadı ilə Paris və Milanda modellik karyerasını davam etdirməyə göndərilib. 1988-ci ildə Milanda bir moda jurnalı ilə müqavilə bağlayıb. 1992-ci ildə “Jana Magazine” jurnalında Melaniyanın fotoları yayımlanıb, ilin ən yaxşı 3 modelindən biri seçilib. Lakin “Jana”nın illik yarışmasının final mərhələsi uğursuz olub və depresiyaya qapılıb.

Bu müddət ərzində İtaliyadakı Link Universitetinin kampusunun ortaq sahibi və Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan Stefan Ro, Melaniyanın İtaliya və Fransadakı gizli rezidenti olub. O, Melaniyanı Paolo Zampolli, onun vasitəsilə isə Epşteynə tanıdıb. Bu insanların köməyi ilə Melaniya ABŞ-da peyda olub.

Nyu-Yorkda Zampolli “ID Models” adlı bir moda şirkətinə sahib idi. Moda biznesi və Trampla əməkdaşlığa o, 2008-ci ildə başlayıb. Eyni zamanda, “Tramp Organization”-da beynəlxalq inkişaf meneceri olaraq çalışıb.

Ro, Cozef Mifsudun yaxın dostu idi, özü də Tramp, Epşteyn və Zampolli ilə yaxın əlaqələrə sahib idi. Mifsud vasitəsilə Ro Melaniyanı Trampa “Shining Diamond” adı altında bir layihə olaraq təqdim edib. Sonra, 1996-cı ildə Zampolli, Epşteyn və Mifsud ilə iş Modelləşdirmə Birliyinin bir hissəsi olaraq Melaniyanı Nyu-Yorka gətirib-çıxarıb. Daha sonra onun “yaşıl kartı”na elit şəxs dəyişdirilib.

Trampla evlənmədən əvvəl də Melaniyanın Tramp və Epşteynlə qucaqlaşdığı bir çox fotoları var.

Melaniya Tramp Putinin yetişdirdiyi casusdur

Trampın Putinlə ilk görüşü zamanı, Helsinkidə Putinlə əl verib görüşəndən sonra Melaniyanın diksintisi mediada əksini tapıb.

Melaniya 6 dil bilir, ancaq rus dilini bildiyini inkar edir. Tramp və Putinin qapalı rəsmi görüşü zamanı o, tərcüməçilik edib. Almaniyada keçirilən G20 sammiti çərçivəsində Melaniya bir müddət Putinlə söhbət edib.

Epşteynin ölümündən sonra Mifsud yoxa çıxıb. İndi Stefan Ro, Zampolli, Maksvell və Corc Papadopoulos, Melaniya Trampla birbaşa əlaqələri olan insanlar təhdidlərlə üzləşirlər. Bu insanlar gizlinləri işıqlandırmamaq üçün gələcək qurbanlar olacaqlarmı?

Cavabı gələcək verəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər