Rusiya və Türkiyə ilə bağlı məxfi sənədlər yayılıb - Fotolar
Tarix: 31-12-2019 15:23 | Bölmə: Slayd
Rusiya və Türkiyə ilə bağlı məxfi sənədlər yayılıb

İngiltərə Milli Arxivi tərəfindən nəşr edilən sənədlərdə Rusiya və Türkiyə ilə bağlı bəzi tarixi həqiqətlər ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, sənədlərə görə, Britaniya Müdafiə Nazirliyinin təklifi dəstək tapsaymış 25 il əvvəl Rusiya NATO-nun poteansial üzvü kimi müşahidəçi qismində ittifaqa cəlb olunacaqmış.

Amma Birləşmiş Krallığın Müdafiə Nazirliyinin təklifi dəstəklənməyib.

Rusiya və Türkiyə ilə bağlı məxfi sənədlər yayılıb

İngiltərə Xarici İşlər Nazirliyi isə təklifə “Avropa Birliyinin Türkiyəyə verdiyi boş ümidi” nümunə göstərərək təmkinli olmağı məsləhət görüb.

“Quardian” qəzeti yazır ki, 25 il əvvəl İngiltərənin Müdafiə naziri Molkolm Rifkind tərəfindən təklif edilən plan Kremlin NATO-nun Şərqə doğru genişlənməsini özünə təhlükə görməsi şübhələrini yox etməyə hədəflənirmiş.

Müdafiə nazirinin 10 səhifəlik təklifində Rusiyanın narahatlığını aradan qaldırmağın mümkün həlli yollarından biri kimi onun NATO-ya müşahidəçi qismində cəlb edilməsi ola bilərdi. Lakin Rusiyanın NATO-dakı bu statusuna ittifaqın 5-ci maddəsi şamil olunmayacaqdı.

NATO-nun 5-ci maddəsinə görə, hərbi ittifaqın üzvlərindən birinə edilən hücum NATO-ya edilən hücum sayılır.

Rusiya və Türkiyə ilə bağlı məxfi sənədlər yayılıb

Müdafiə nazirinin məlum təklifi Baş nazir Con Major, dövlət katibi Duqlas Gurd və Maliyyə naziri Ken Klarkenin iştirakı ilə müzakirə edilib. Amma Maliyyə naziri Rusiyanın NATO-ya cəlb edilməsini gülünc təklif adlandırıb.

Bu təklifə Xarici İşlər Nazirliyi də təmkinli yanaşıb. Qeyd edib ki, Rusiya ilə NATO arasında yeni münasibətlərin inkişafına dair razılaşma ola bilər, ancaq bu razılaşma Rusiyanın günün birində NATO üzvü olacağına dair boş əsaslara söykənməməlidir.

Təkliflə bağlı Xarici İşlər Nazirliyi Avropa Birliyinin Türkiyə ilə bağlı mövqeyini əsas kimi göstərib. Qeyd edib ki, Avropa Birliyi qəti niyyəti olmadığı halda Türkiyəyə bu quruma üzv olmaq kimi ümidlər verir. NATO Rusiya ilə bağlı belə siyasət aparsa, bu, son dərəcə pozucu ola bilər.

Qeyd edək ki, 1995-ci ildə Boris Yeltsin Rusiya prezidenti idi və faktiki olaraq SSRİ ilə Qərb arasında Soyuq müharibə bitmişdi. Rusiya daralan beynəlxalq sərhədlərlə bağlı məsələyə həssas yanaşma sərgiləyirdi və bu səbəbdən də münasibətlər dəyişgən idi.

Britaniya arxivlərindən çıxan sənədlərdən görünür ki, Yeltsin Kanadanın Halifax şəhərində keçirilən tədbir zamanı Qərb liderlərinə NATO-nun genişlənmə planını Rusiyadakı seçkilərdən sonraya saxlamalarına razı salmağa çalışıb. Çünki Yeltsinin pisləşməkdə olan səhhəti və həddən artıq spirtli içki vərdişi onun nüfuzuna zərbə vururdu. Eyni zamanda Rusiya lideri bir il əvvəl infarkt keçirmişdi və alkaqolun təsiri altında olduğundan İrlandiyaya təyyarədən yerə enə bilməmişdi.

Arxivlər sənədlərinə görə, 1995-ci ildə İngiltərənin Moskvadakı səfirliyi Londona göndərdiyi teleqramada qeyd edib ki, Yeltsin uzun müddətdir davam edən ürək xəstəliyi səbəbindən xəstəxanada yerləşdirilib.

Rusiya və Türkiyə ilə bağlı məxfi sənədlər yayılıb

ABŞ diplomatlarına görə, Yeltsin Nyu-Yorkdakı Hyde parkında yerləşən Ruzvelt qonaq evində sarsılıb, boğulub və qızarıb. Çünki Yeltsin həsədlə şərab və pivə içirmiş, konyak olmadığına görə təəssüflənib. Hətta köməkçilərindən biri bunun çox olduğunu düşünərkən şampan butulkasını götürüb.

Arxiv materiallarından görünür ki, İngiltərə Xarici İşlər Nazirliyinin Yeltsinin ölümünə dair “gözlənilməyən plan” adlı bir qeydi var. Həmin notda qeyd edilir ki, Boris Yeltsin rus kişilərinin gözlənilən ömür uzunluğundan 6 yaş böyük deyil və üç ay yarım ərzində iki dəfə infarkt keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər