Məşhur şirkətin keçmiş rəhbəri ölkədən kontrabas çantasında qaçıb
Tarix: 01-01-2020 12:37 | Bölmə: Slayd
Məşhur şirkətin keçmiş rəhbəri ölkədən kontrabas çantasında qaçıb

Yaponiya ilə Livan arasında qalmaqala səbəb olmuş Karlos Ghosn məsələsinin gizli tərəfi tədricən üzə çıxır.

Reyting.az
xatırladır ki, Karlos “Nissan” və “Renault” şirkətinin keçmiş direktorudur. Yaponiyada barəsində məhkəmə araşdırması getdiyi bir ərəfədə Livana qaçıb.

“Röyter” agentliyi dünən iş adamının Livana qaçması barədə xəbər yaysa da, onun necə qaçdığının detallarını açıqlamamışdı. Bu gün isə bəlli olub ki, biznesmen Livana Türkiyə vasitəsi ilə qaçıb.

ABŞ mediası bildirir ki, iş adamı Yaponiyada dostlarının sayəsində hazırlanan plan əsasında qaça bilib. Qeyd edilir ki, Karlos əvvəlcə xüsusi təyyarə ilə Yaponiyadan Türkiyəyə gəlib.

Araşdırma göstərir ki, Karlos uzun məsafəli uçmaq imkanı olan “Bombarddier” model təyyarə ilə Tokiodan 6 saatlıq məsafədə yerləşən Osaka şəhərindən hərəkət edib. Bazar günü saat 11:00-da havaya qalxan təyyarə Rusiya hava sahəsinə daxil olub, daha sonra İstanbulda Atatürk hava limanında eniş edib. Buradan isə MNG Hava şirkətinə aid kiçik matorlu təyyarədən istifadə edərək Beyruta çatıb.

“The Sun” qəzeti isə Livan mediasına istinadla bildirir ki, Karlos ölkədən kontrabas çantasında qaçdığını yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər