Səhiyyə naziri: “Yüzlərlə körpə ölüm təhlükəsi ilə üzləşib”
Tarix: 01-01-2020 17:01 | Bölmə: Slayd
Səhiyyə naziri: “Yüzlərlə körpə ölüm təhlükəsi ilə üzləşib”

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən yüzlərlə iranlı körpə ölüm təhlükəsi ilə üz-üzə qalıb”.

Reyting.az
xəbər verir ki, bunu İranın Səhiyyə naziri Səid Nəməki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanoma yazdığı məktubda qeyd edib.

Nazir məktubunda bildirir ki, ABŞ-ın birtərəfli sanksiyaları dərman və tibb məhsullarının tədarükünü mümkünsüz edib.

İranlı nazir yazır ki, ABŞ rəsmlərinin sanksiyaların qida və dərman məhsullarını əhatə etmədiyi barədə iddiaları yalandır, əksinə, bank embarqoları səbəbindən beynəlxalq şirkətlər İrana dərman və tibb malları satmır.

ABŞ tətbiq elədiyi sanksiyaların İran xalqını hədəfə aldığını vurğulayan nazir məktubunda daha sonra qeyd edir:

“İranlılar ABŞ tərəfindən aparılan ticarət savaşının qurbanıdır. Vaşinqtonun sanksiyaları İran vətəndaşları üçün dərman və tibbi malların tədarükünü imkansız edib”.

Baş katibin diqqətinə çatdırılır ki, dərmanları alınmayan mukopolisakkaridoz (MPS) xəstəsi olan yüzlərlə iranlı körpə ölüm təhlükəsi ilə qarşı-qarşıyadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər