Dünya birliyinin Qarabağ münaqişəsinin həllinə dəstəyi artıb
Tarix: 03-01-2020 13:32 | Bölmə: Slayd
Dünya birliyinin Qarabağ münaqişəsinin həllinə dəstəyi artıb

“Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib”.

Reyting.az
-ın xəbərinə görə, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.

“Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb”, - deyə XİN-in mətbuat buraxılışında qeyd olunub.




Bölməyə aid digər xəbərlər