16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İraq parlamenti ABŞ ordusu ilə bağlı qərar verdi: "Əsgərlərinizi ölkəmizdə qoruya bilməyəcəksiz, çıxarın"
Tarix: 05-01-2020 19:12 | Bölmə: Slayd
İraq parlamenti ABŞ ordusu ilə bağlı qərar verdi: "Əsgərlərinizi ölkəmizdə qoruya bilməyəcəksiz, çıxarın"

İraqın Baş naziri Adil Abdulmehdi iranlı general Qasım Süleymaninin öldürüldüyü gün Bağdada gəlməsinin səbəbini açıqlayıb.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, İraq parlamentində generalın öldürülməsi ilə bağlı müzakirələrdə çıxış edən Baş nazir hadisə günü Süleymani ilə görüşünün planlaşdırıldığını deyib: "Bağdadda öldürüldüyü gün Süleymani ilə görüşümüz vardı. Bu, əvvəlcədən planlanmışdı. O, Səudiyyə Ərəbistanından İrana göndərilməsinə vasitəçi olduğumuz bir mesajın cavabını gətirirdi...".

Baş nazir hazırda yaranmış gərginlikdən çıxmağın ən yaxşı yolunun xarici ölkə hərbçilərinin İraq torpaqlarını dərhal tərk etmələri olduğunu bəyan edib: "ABŞ və NATO əsgərlərinin İraq torpaqlarındakı varlığına son verilməlidir. Bu, onları gələcək hücumlardan qorumaq üçün vacibdir. Yoxsa, onların özlərini qorumaları çətin olacaq".

Qeyd edək ki, parlamentdə aparılan müzakirələrdən sonra İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması və onların, xüsusi ilə ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verib.

Deputatlar yekdilliklə bu qərara səs veriblər.

Yeri gəlmişkən, Q. Süleymaninin öldürülməsi ilə bağlı rəsmi Bağdad bu gün ABŞ-ın İraqdakı səfirliyinə rəsmi nota da verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}