İran ABŞ-dan necə qisas alacaq? – 4 ssenari - Foto
Tarix: 05-01-2020 19:59 | Bölmə: Slayd
İran ABŞ-dan necə qisas alacaq? – 4 ssenari

İslam İnqilabı Keşikçiləri Korpusundakı “Qüds” Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra İranın ABŞ-dan qisas almaq üçün bir neçə mümkün variantı var.

Reyting.az
“Ray əl-Youm” qəzetinə istinadla xəbər verir ki, sözügedən nəşrin tanınmış ərəb təhlilçisi Əbdüllbari Atvan 4 qisas ssenarisi irəli sürüb.

Müəllifin sözlərinə görə, sui-qəsdin qisasını almaq üçün İranın güclü iradəsini təsdiqləyən bir mətləb ABŞ hökumətinin İran rəhbərliyinə 3 mesaj göndərməsi, İranı cavab verməkdən çəkindirməsi, hətta təhdid etməsidir. “Bu mesajlardan ikisini İrandakı İsveçrə səfiri, üçüncüsünü isə Şənbə günü səhər gözlənilməz səfərə gələn Qətər Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Sani ilə çatdırılıb. Vasitəçiliyi qəbul etməyəcəyinə israr edərək İran rəhbərliyi ABŞ-a cavabvermə qərarı verdiyini və heç nəyə məhəl qoymayacağını bildirib, məktubları belə açmayıb”.

İran ABŞ-dan necə qisas alacaq? – 4 ssenari
Ə. Atvan

İranın ABŞ-a cavabı necə olacaq?

Təhlilçi qeyd edib:

1. ABŞ-ın daxilində və ya xaricində bir siyasi xadim və ya yüksək rütbəli hərbi məmurun öldürülməsi.

2. ABŞ hərbi bazalarına, o cümlədən 5300 əsgər və 1000-dən çox mülki şəxsin də olduğu İraqdakı 15, Suriya-İraq sərhəddindəki Əl-Tanaf bazasına raket hücumları.

3. ABŞ-ın Fars körfəzindəki hərbi bazalarını, məsələn, Qətərdəki əl-Udeyd hava bazası və ya Manamadakı ABŞ Beşinci Donanması və ya Küveytdəki Doha bazası və ya Abu Dabidəki digər baza.

4. Fələstində, İsrailin işğal hədəflərini bombardman etmə, xüsusilə də İsrailin Süleymaninin qətlində iştirak etdiyini, İsrail mediası və televiziya şəbəkələrində Trampın əməliyyatla bağlı İsraillə təmasda olduğunu, koordinasiya apardığını göstərən xəbəri nəzərə almaqla.

Avan İraqdakı bütün ABŞ qoşunlarının çıxarılması ehtimalını da nəzərdən qaçırmayıb. Ancaq hazırda ABŞ bölgəyə əlavə 3500 amerikan əsgəri göndərir.

“İran rəhbərliyi Süleymaninin və yoldaşlarının qanından intiqam alacaq, amma bunu etməyə tələsmir, çünki İran hökuməti hesablamalarını yaxşı aparır”, - deyə təhlilçi sonda qeyd edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}